Əsas FESTİVALLAR “NƏVƏ” FİLM LAYİHƏSİ BELDOCS PİTÇİNQ FORUMUNUN QALİBİDİR

“NƏVƏ” FİLM LAYİHƏSİ BELDOCS PİTÇİNQ FORUMUNUN QALİBİDİR

by editor

“Nəvə” tammetrajlı sənədli film layihəsi Balkan regionunun ən nüfuzlu festivallarından hesab edilən XVIII BelDocs Beynəlxalq Sənədli Film Festivalının pitçinq forumunda iştirak edib. Layihə pitçinq forumunun qalib layihələrindən biri olub.

Filmin rejissoru və ssenari müəllifi Afaq Yusifli, prodüseri Murad Allahverdidir.

Builki proqram “İnkişaf” və “Proqress” kateqoriyalarında Qərbi Balkan regionu (Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Kosovo, Monteneqro, Şimali Makedoniya, Sloveniya, Serbiya), Baltik regionu ( Latviya, Litva, Estoniya) və Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və fokusda olan ölkə  – Polşa üçün açıq olub. Forumda ümumilikdə 20 film layihəsi iştirak edib.

Münsiflər heyətinin üzvlərinin – Yasmin Basic (Vision du reel), Karmen Vicencio (Amerika Sənədli Filmi AMDOC) və Diana Karklinin (Rise and Shine) qərarına əsasən, “Nəvə” layihəsi Avropa Sənədli Film Asosasiyasının “Talent Encouragement Award” mükafatına layiq görülüb.

Bundan öncə “Nəvə” layihəsi CineDoc – Tbilisi New talents Caucasus award mükafatını qazanmışdı.

Layihənin forumda iştirakının səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb. 

Əlaqədar Yazılar