Əsas ARKA-DA“AZƏRBAYCANFİLM”DƏ İŞLƏR DAVAM ETDİRİLİR

“AZƏRBAYCANFİLM”DƏ İŞLƏR DAVAM ETDİRİLİR

by editor

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyir, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

“Azərbaycanfilm” kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur.

Baş verən hadisəylə bağlı isə araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

Kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin “Molla Nəsrəddin-çətin günlərimin dostu” filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur. “Molla Nəsrəddin- çətin günlərimin dostu” filmi ortaq türk mədəniyyətinə xidmət edir. Layihədə 5 türkdilli ölkə (Türkiyə, Özbəkistan, Türkmənistan,  Qazaxıstan, Qırğızıstan) iştirak edir.  Çəkilişə hazırlıqları gedən növbəti film rejissor Elxan Cəfərovun ekranlaşdırdığı uşaq filmidir. Film Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilir. Hazırda kinostudiyanın otaqlarında filmin kastinqi, kiçik pavliyonda isə dekorasiyaların qurulması həyata keçirilir. Filmin çəkilişlərinə isə avqust ayında start veriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yerli və xarici istehsalçı şirkətlər üçün əməkdaşlığa açıqdır.

Əlaqədar Yazılar