Əsas ELANLAR“SONY PICTURES”-DAN KİNEMATOQRAFÇILAR ÜÇÜN YENİ FÜRSƏT

“SONY PICTURES”-DAN KİNEMATOQRAFÇILAR ÜÇÜN YENİ FÜRSƏT

by editor

“Sony – Gələcəyin Kinematoqrafçısı Mükafatları” (Sony Future Filmmaker Awards) yaradıcı şəxslər və kinematoqrafçılar üçün unikal imkanlar təqdim edən mühüm bir proqramdır.

Qısa siyahıya düşənlər Kaliforniya, Kalver-Sitidə (Culver City) yerləşən Sony Pictures studiyasına dəvət olunurlar. Onlar burada mükafatlandırma mərasiminə və xüsusi olaraq hazırlanmış sənaye üzrə təcrübə proqramında iştiraka dəvət edilirlər. Bu proqram çərçivəsində Sony Pictures rəhbərlərinin keçirdiyi eksklüziv seminarlar, ustad dərsləri, panel müzakirələri, studiya turları, film nümayişləri və sual-cavab sessiyaları təşkil olunur.

Mükafatlar 5 kateqoriyada – Bədii, qeyri – bədii, tələbə işi, animasiya və gələcəyin formatı (şaquli çəkilmiş işlər) verilir. Təqdim olunacaq filmlərin xronometrajı 5 – 20 dəqiqə aralığında olmalıdır.

Müraciət üçün son tarix 16 Dekabr 2025-ci ildir.

Daha ətraflı məlumat üçün rəsmi elan – https://www.sonyfuturefilmmakerawards.com/

Əlaqədar Yazılar