Əsas FESTİVALLAR “KÜLDƏ ŞƏRQİ DEYƏNLƏR” NÖVBƏTİ FESTİVALDA

 “KÜLDƏ ŞƏRQİ DEYƏNLƏR” NÖVBƏTİ FESTİVALDA

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Kamran Qasımovun “Küldə şərqi deyənlər” filmi RIVERS International Film Festival beynəlxalq kino festivalının rəsmi proqramına seçilib. Kino festivalı bu ilin sentyabr ayında Nigeriyada keçiriləcək.

Film 2025-ci ilin yanvarında Cənubi Kaliforniyada baş vermiş meşə yanğınlarından bəhs edir. “Real” telekanalının reportajları (müəllif Kamran Qasımov), “Fox” telekanalının materialları, eləcə də, Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanmış film Azernyumedia şirkətində istehsal olunub. Film Azər Əsgərovun dəstəyilə ərsəyə gəlib. Filmin montaj rejissoru Bəkir Osmanov, qrafik dizayneri Zaur Rəcəbov, məsləhətçisi Rafiq Pouyyadır.

Qeyd edək ki, “’Küldə şərqi deyənlər” daha öncə Paradise Beynəlxalq Film Festivalının (Almaniya) və Los Angelesdə keçiriləcək MAS Film Festivalının da əsas proqramına daxil edilib.

Əlaqədar Yazılar