Əsas FESTİVALLAR“ŞƏRQ–QƏRB KİNO LAB” İNKİŞAF PROQRAMINA QƏBUL YEKUNLAŞIB

“ŞƏRQ–QƏRB KİNO LAB” İNKİŞAF PROQRAMINA QƏBUL YEKUNLAŞIB

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq “Şərq–Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramına seçilən iştirakçılar müəyyən olunub.

Proqrama seçilən layihələr aşağıdakılardır:

“Tanrının otağı” – Rejissor: Qulu Əsgərov / Prodüser: Nicat Dadaşov

“Beşinci mərtəbədən şəhər mənzərəsi” – Rejissor: Ələmdar Faiq / Prodüser: Nicat Dadaşov

“Dəniz səviyyəsindən 28 metr aşağıda” – Rejissor və prodüser: Mirbağır İsmayılov

“Kamança” – Rejissor: Orxan Babayev / Prodüser: Ramail Həsənzadə

“Toy” – Rejissor: Nurcahan Azayeva / Prodüser: Seyran Bədəlov

“Qonşu evin işıqları” – Rejissor və prodüser: Səməd Ağayev

Təlimlər 8–14 aprel 2026-cı il tarixlərində Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) keçiriləcək. Proqramın mentorları azərbaycanlı rejissor və ssenarist Orxan Ağazadə və Fransanın KIDAM şirkətinin prodüseri, maliyyə və idarəetmə direktoru Jül Qranjedir. Layihənin əsas məqsədi beynəlxalq platformalarda rəqabətin yüksək olduğu mühitdə azərbaycanlı kinematoqrafçıların iştirak və seçilmə potensialını artırmaq, onların layihələrinin inkişafına və beynəlxalq bazara çıxışına dəstək verməkdir.

Əlaqədar Yazılar