Əsas ANALİTİKAAZƏRBAYCANDA KİNO İSTEHSALINDA HİBRİD MALİYYƏLƏŞMƏ VƏ JANR ÇEŞİDLİLİYİ

AZƏRBAYCANDA KİNO İSTEHSALINDA HİBRİD MALİYYƏLƏŞMƏ VƏ JANR ÇEŞİDLİLİYİ

by editor

PUL HARADAN GƏLİR, FİLM HARA GEDİR?

2024-cü ildə Azərbaycan kinoteatrlarında ümumilikdə 27 yerli film nümayişə çıxarılmışdır. 2025-ci ildə isə bu göstərici 21 film təşkil etmişdir ki, bu da istehsal sayında nisbi azalma olsa da, maliyyələşmə modellərinin, janr müxtəlifliyinin və mövzu spektrinin qorunub saxlanıldığını göstərir. İl ərzində kinoteatrlarda və televiziya platformalarında yayımlanan filmlər istehsal strukturu, maliyyə mexanizmləri və paylanma strategiyaları baxımından fərqli tendensiyaları üzə çıxarır. Bu hesabat 2025-ci ildə yayımlanan Azərbaycan filmlərinin istehsal, maliyyələşmə və məzmun xüsusiyyətlərini təhlil edərək ölkənin kino sənayesində mövcud olan əsas meylləri sistemli şəkildə təqdim etməyi məqsəd qoyur.

2025-ci ildə istehsal olunmuş və nümayişə çıxarılmış Azərbaycan filmlərinin təhlili göstərir ki, istehsal sayında nisbi azalma olsa da, janr və maliyyələşmə baxımından sahə daha strukturlaşmış və diferensiallaşmış vəziyyətə gəlib. Filmlər təkcə dövlət sifarişi və ya kommersiya məqsədli layihələr kimi deyil, müxtəlif maliyyə mənbələrinin bir araya gəldiyi hibrid modellər əsasında formalaşıb. Dövlət dəstəyi, korporativ sponsorluq, media tərəfdaşlığı və müstəqil istehsal modelləri paralel şəkildə mövcud olub və bu da bazarın təkkanallı olmadığını göstərir.

Siyahıya daxil olan filmlərin əhəmiyyətli hissəsi dövlət qurumları ilə yanaşı özəl prodakşn şirkətləri, sponsor brendlər və media tərəfdaşlarının birgə iştirakı ilə ərsəyə gətirilmişdir. Xüsusilə “Tağıyev. Çar”, “Tağıyev Sona” və “Doğma torpaq” kimi iri miqyaslı layihələrdə Mədəniyyət Nazirliyi, Kino Agentliyi və fondlarla yanaşı, iri holdinqlər və telekanalların iştirakı müşahidə olunur. Bu tip layihələr tarixi və milli mövzuların istehsalında dövlət dəstəyinin hələ də əsas rol oynadığını göstərir.

Eyni zamanda, kommersiya yönümlü və janr filmlərində özəl sektorun fəallığı daha qabarıq görünür. “Apatiya 2”, “4 təkər”, “Heykəl”, “Qurd dişi”, “Səkkiz” və “Sehrli xalatın sirri” kimi filmlər sponsorluq, media tərəfdaşlığı və prodakşn şirkətlərinin daxili resursları hesabına maliyyələşdirilmişdir. Tibbi mərkəzlər, restoran şəbəkələri, banklar, mobil brendlər və televiziya kanalları sponsor və ya tərəfdaş kimi çıxış edərək filmlərin həm istehsalına, həm də tanıtımına töhfə vermişdir. Bu, kino istehsalının getdikcə reklam, brend inteqrasiyası və yayım imkanları ilə sıx bağlı olduğunu göstərən mühüm tendensiyadır.

Janr bölgüsünə nəzər saldıqda 2025-ci ildə ən dominant istiqamətin dram olduğu aydın görünür. Sosial, tarixi və şəxsi hekayələr üzərində qurulan dram janrı ümumilikdə yeddi film ilə təmsil olunur (“Apatiya 2”, “Boş yer”, “Mənim kinom”) və bu filmlər əsasən cəmiyyətin ağrılı nöqtələrinə, kollektiv yaddaşa və fərdi itkilərə fokuslanır. Komediya janrı altı filmlə ikinci yerdə qərarlaşıb (“Otel Loo”, “Heykəl”, “Hozu Xan”, “Qurd dişi”) və daha çox gənc auditoriyanı hədəfləyən, kommersiya potensialı yüksək layihələr kimi çıxış edir. Macəra, tarixi-bioqrafik və triller/psixoloji janrlar isə hərəsi təxminən üç film ilə təmsil olunaraq bazarda nisbi tarazlıq yaradıb. Elmi-fantastik və mistik elementlərin “Bəlkə də” kimi layihələrdə yer alması janr eksperimentlərinə marağın artdığını göstərir, baxmayaraq ki, bu istiqamət hələ kütləvi xarakter daşımır.

Mövzu spektri də kifayət qədər genişdir. Uşaq və ailə filmləri (“Turpun nağılı”, “Sehrli xalatın sirri”, “Gizli xəzinə”) ənənəvi auditoriyanı hədəfləyərək yerli bazarda davamlılıq yaratmağa çalışır. Sosial və psixoloji mövzulara toxunan filmlər cəmiyyətin həssas nöqtələrini – məsuliyyətsiz valideynlik, gənclərin tənha qalması, sosial biganəlik və mənəvi boşluq problemlərini qabardır. Tarixi və müharibə fonlu ekran işləri isə keçmişlə bu gün arasında körpü quraraq milli narrativi gücləndirməyi qarşısına məqsəd qoyur.

Media şirkətlərinin rolu 2025-ci ildə xüsusilə güclənib. ARB, ATV, Xəzər TV, AzTV və 106 FM kimi platformalar təkcə yayımçı deyil, eyni zamanda sifarişçi, tərəfdaş və maliyyə iştirakçısı kimi prosesə daxil olub. Bu tendensiya filmlərin daha geniş auditoriyaya çıxışını təmin etsə də, eyni zamanda məzmunun televiziya formatına uyğunlaşması riskini də artırır. Buna baxmayaraq, media dəstəyi hələlik yerli filmlərin yaşaması və dövriyyəyə girməsi üçün əsas mexanizmlərdən biri olaraq qalır.Janr bölgüsünə nəzər saldıqda 2025-ci ildə ən dominant istiqamətin dram olduğu aydın görünür. Sosial, tarixi və şəxsi hekayələr üzərində qurulan dram janrı ümumilikdə yeddi film ilə təmsil olunur (“Apatiya 2”, “Boş yer”, “Mənim kinom”) və bu filmlər əsasən cəmiyyətin ağrılı nöqtələrinə, kollektiv yaddaşa və fərdi itkilərə fokuslanır. Komediya janrı altı filmlə ikinci yerdə qərarlaşıb (“Otel Loo”, “Heykəl”, “Hozu Xan”, “Qurd dişi”) və daha çox gənc auditoriyanı hədəfləyən, kommersiya potensialı yüksək layihələr kimi çıxış edir. Macəra, tarixi-bioqrafik və triller/psixoloji janrlar isə hərəsi təxminən üç film ilə təmsil olunaraq bazarda nisbi tarazlıq yaradıb. Elmi-fantastik və mistik elementlərin “Bəlkə də” kimi layihələrdə yer alması janr eksperimentlərinə marağın artdığını göstərir, baxmayaraq ki, bu istiqamət hələ kütləvi xarakter daşımır.

Mövzu spektri də kifayət qədər genişdir. Uşaq və ailə filmləri (“Turpun nağılı”, “Sehrli xalatın sirri”, “Gizli xəzinə”) ənənəvi auditoriyanı hədəfləyərək yerli bazarda davamlılıq yaratmağa çalışır. Sosial və psixoloji mövzulara toxunan filmlər cəmiyyətin həssas nöqtələrini – məsuliyyətsiz valideynlik, gənclərin tənha qalması, sosial biganəlik və mənəvi boşluq problemlərini qabardır. Tarixi və müharibə fonlu ekran işləri isə keçmişlə bu gün arasında körpü quraraq milli narrativi gücləndirməyi qarşısına məqsəd qoyur.

Media şirkətlərinin rolu 2025-ci ildə xüsusilə güclənib. ARB, ATV, Xəzər TV, AzTV və 106 FM kimi platformalar təkcə yayımçı deyil, eyni zamanda sifarişçi, tərəfdaş və maliyyə iştirakçısı kimi prosesə daxil olub. Bu tendensiya filmlərin daha geniş auditoriyaya çıxışını təmin etsə də, eyni zamanda məzmunun televiziya formatına uyğunlaşması riskini də artırır. Buna baxmayaraq, media dəstəyi hələlik yerli filmlərin yaşaması və dövriyyəyə girməsi üçün əsas mexanizmlərdən biri olaraq qalır.

İstehsal şirkətləri və prodüserlər arasında müəyyən mərkəzləşmə müşahidə olunur. “3i Cinema” 2025-ci ildə bir neçə layihə ilə bazarda ən aktiv istehsalçılardan biri kimi çıxış edir və komediya ilə triller janrlarında paralel fəaliyyət göstərir. Baku Media Center tarixi mövzulu iri büdcəli layihələrdə əsas oyunçulardan biridir. NB prodakşın, Qatfar Film, Alioğlu Media Group və HR Film Production kimi şirkətlər isə daha çox öz resursları və məhdud sponsor dəstəyi ilə işləyən istehsal modellərinə üstünlük verib. Xüsusilə “Hal”, “Mənim kinom”, “Boş yer” kimi filmlər ya tamamilə, ya da əsasən istehsalçı qurumun öz gücü hesabına ərsəyə gəlib ki, bu da müstəqil istehsalın hələ də yaşadığını göstərir.

Prodüserlər arasında da aktivlik fərqlənir. İslam Ağa bir neçə layihədə eyni vaxtda iştirak edərək kommersiya yönümlü istehsal modelinin əsas fiqurlarından biri kimi çıxış edir. Arzu Əliyeva isə dövlət və iri korporativ dəstəkli tarixi layihələrdə sabit prodüser modeli formalaşdırır. Bu durum bazarda həm kommersiya, həm də institusional prodüserlik anlayışının paralel inkişaf etdiyini göstərir.

Ümumilikdə, 2025-ci ildə Azərbaycan kino istehsalında filmlərin sayında azalma müşahidə edilsə də, janr müxtəlifliyi, mövzu zənginliyi və maliyyələşmə mexanizmlərinin çevikliyi qorunub saxlanılmışdır. Belə ki, həvəskar olaraq çəkilən filmlərə və uşaq filmlərinə meyil hiss olunur. Dövlət və özəl sektorun paralel fəaliyyəti, sponsorluq və media tərəfdaşlıqlarının artması yerli kino sənayesinin struktur baxımından transformasiya mərhələsində olduğunu göstərir. Bu proses həm bazar yönümlü layihələrin çoxalmasına, həm də milli və sosial mövzuların istehsalda yerini itirməməsinə imkan yaradır.

Aynur Kazımova

Filmin adıRejissorJanrİstehsalçı şirkətProdüserSponsorlarTərəfdaşlar və dəstəkçilər
1.Apatiya 2 (2025)Hikmət RəhimovDramHR film productionHikmət RəhimovReferans Medical Hospital, Yelken Restaurant Baku, Boranı Baku.Baku Media Mərkəzi, Ultra prodakşın, Azərbaycan Kung-Fu Federasiyası, Media FM, Glasstech.
2.Otel Loo (2025)Elvin RüstəmzadəKomediya3İ Cinema” və Gold Cine Visionİslam Ağa və Nurlan Qarayev3İ Cinema” və Gold Cine VisionATV ,Metaflix
3.Spinozanın tanrısı (2025)Cavid TəvəkkülPsixoloji triller , MelodramaPelikan Film Prodakşın və Net MediaRəsul AllahverdiyevPelikan Film Prodakşın 
4.Hal (2025)Sədaqət KərimovaPsixoloji dram və mistikaQatfar FilmSədaqət KərimovaQatfar Film 
5.4 təkər (2025)Amil AliKomediya, MacəraAlioğlu Media GroupAmil AliAlioğlu Media GroupQovurma restoranı, Xəzər 103 FM, Xəzər TV, Radio 103.3
6.Bəlkə də (2025)Taleh YüzbəyovElmi-fantastik, mistik və tragikomediya“ART Bakers” və “Yüz prodakşn”Nicat XəlilovHONOR, İrşad, Yığım payment, Qaymaq premium qida, Aura, Şərq Bazarı, Lineks Forte, Access Bank 
7.Tağıyev. Çar (2025)Zaur QasımovBioqrafiya, DramBaku Media CenterArzu ƏliyevaHeydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA, Neqsol Holding, Bakcell, NORM 
 Tağıyev SonaZaur QasımlıBioqrafiya, DramBaku Media CenterArzu ƏliyevaHeydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA, Neqsol Holding, Bakcell, NORM 
8.Heykəl (2025)Natiq NovruzovKomediyaNN FilmRəşad NuriMarmara Group, eVqur,, Stimul Hospital, Transfer service, Pizza hat, Cavadov Parfüm, GM media group, Dr. Ülkər Ortodont, CG Ceos 34, FİYAKA, CEOS Lounge, Neşve,ARB TV, AzTV, ATV, Kinobiz,
9.Xocalı. Son toy (2025)Yusif Ələkbərzadə,Tarixi dramGlobal Media Group və Report İnformasiya AgentliyiFuad HüseynəliyevGlobal Media Group və Report İnformasiya Agentliyi 
10.Doğma torpaq (2025)İlqar SafatDram, döyüşMədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm”Nəriman MəmmədovPASHA Holding,United Alliance Group”, “Gazelli Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy Club” və İTV 
11.Mənim kinom (2025)Seymur TağıyevDramQrafon mediaSeymur TağıyevQrafon media 
12.Görüşənədək (2025)Nazim Aqşın MusabəyliKomediya, Melodrama.    
13.Turpun nağılı (2025)Elşad ZarafatsızMacəra, AiləviKids Film Acamdemy və Adiloğlu filmRamil AdiloğluLela Kids, LEGAL TURİZM CUISINE AZERBAIJAN, Mayak istirahət mərkəzi.TÜRKAZ GROUP,BTV RAMEDIA
14.Şah ölüm (2025)Elçin İmanovTarixi, bədii-sənədli“ZVS” Müstəqil Film Yaradıcılıq StudiyasıMusa Allahverdiyev Viktor İsayeviç Kandaurov
15.Gizli xəzinə (2025)Turqut AliMacəraNB prodakşın.Namiq QafarovAyasofya restaurant, Nömrə 1 Çörək zavod,  Good Home, Smile Dental 
17.Hozu Xan (2025)İlham YaşaroğluKomediya3i Cinemaİslam Ağa, Məcid HüseynovBizonARB, ATV, 106 FM, Metaflix, 106.3 FM
18.Boş yer (2025)Rəhman FürqətoğluDramBakı Dövlət Peşə Təhsil Mərkəzi  Nərmin ƏlizadəBakı Dövlət Peşə Təhsil Mərkəzi 
19.Qurd dişi (2025)Elmir SüleymanovKomediyaŞah FilmMüşviq ŞahverdiyevLake City, Qardaşlar mebel.ARB, ATV, 106 FM, Avrupa Beynəlxalq Hospital
20.Səkkiz (2025)Hikmət RəhimovTriller3İ Cinemaİslam AğaBaku Medical plaza, ARB, Metaflix 
21.Sehrli xalatın sirri (2025)Turqut ƏliMacəraNB prodakşnNamiq QafarovHaval, Aidin şokolad, Qızıl quyu, Home Suits BakuMaxpro print, Xəzər TV

2025-Cİ İL ƏRZİNDƏ FİLM SPONSOR ŞİRKƏTLƏRİNİN SİYAHISI

Sponsor şirkətlərProfilMülkiyyət Forması
AR Mədəniyyət NazirliyiMədəniyyətDövlət qurumu
ARKAKinoDövlət qurumu
Heydər Əliyev FonduMədəniyyət, sosialİctimai qurum
İctimai TeleviziyaMediaİctimai qurum + dövlət büdcəsi
Bakı Dövlət Peşə Təhsil MərkəziTəhsilDövlət qurumu
3İ CinemaKinoÖzəl
Alioğlu Media GroupKinoÖzəl
Gold Cine VisionKinoÖzəl
Qatfar FilmKinoÖzəl
Pelikan Film ProdakşınKinoÖzəl
ARBMediaÖzəl
Global Media GroupMediaÖzəl
Report İnformasiya AgentliyiMediaÖzəl
MetaflixVideo platformasıÖzəl
Azersun HoldingQidaÖzəl
Neqsol HoldingEnerji, telekommunikasiya, tikinti və mədən sənayeləriÖzəl
Pasha HoldingİnvestisiyaÖzəl
Caspian Energy ClubBiznes şəbəkəsi / platformaÖzəl
BakcellTelekommunikasiyaÖzəl
HonorTelekommunikasiyaÖzəl
İrşadElektronika və texnologiyaÖzəl
Baku Medical plazaTibbÖzəl
Lineks ForteTibbÖzəl
Referans MedicalTibbÖzəl
Smile DentalTibbÖzəl
Stimul HospitalTibbÖzəl
Dr. Ülkər OrtodontTibbÖzəl
Aidin şokoladQidaÖzəl
Ayasofya restaurantQidaÖzəl
BizonQidaÖzəl
Boranı BakuQidaÖzəl
Ceos LoungeQidaÖzəl
CG Ceos 34QidaÖzəl
Cuisine AzerbaijanQidaÖzəl
Qaymaq premium qidaQidaÖzəl
Qızıl quyuQidaÖzəl
NeşveQidaÖzəl
Nömrə 1 Çörək zavodQidaÖzəl
Pizza hatQidaÖzəl
Yelkən Restaurant BakuQidaÖzəl
Home Suits BakuTurizmÖzəl
Legal TurizmTurizmÖzəl
Mayak istirahət mərkəziTurizmÖzəl
Access BankMaliyyəÖzəl
Yığım paymentMaliyyəÖzəl
AuraGigiyenik kağız məhsullarıÖzəl
Şərq BazarıTicarət KompleksiÖzəl
AzMade GroupİnşaatÖzəl
eVqurİnşaatÖzəl
FiyakaİnşaatÖzəl
Lake CityİnşaatÖzəl
NORMİnşaatÖzəl
Transfer serviceNəqliyyat xidmətləriÖzəl
Cavadov ParfümKosmetikaÖzəl
Gazelli GroupKosmetikaÖzəl
United Alliance GroupLogistikaÖzəl
CMSDəniz neft-qaz xidmətləriÖzəl
Qrafon mediaTexnoBloginq kanalıÖzəl
Marmara GroupTəhsilÖzəl
Lela KidsUşaq geyim mağazasıÖzəl
Good HomeMebelÖzəl
Qardaşlar mebelMebelÖzəl
HavalAvtomobilÖzəl
   
DəstəkçilərProfilMülkiyyət formaları
Bakı Media MərkəziMedia şirkətiÖzəl
Ultra ProdakşınFilm istehsalı şirkətiÖzəl
Azərbaycan Kung-Fu Federasiyasıİdman sahəsiQht
Media FMRəqəmsal radioÖzəl
GlasstechŞüşə emalı zavoduÖzəl
ATVTeleviziya və Radio Yayımları ŞirkətiÖzəl
MetaflixVideo platformasıÖzəl
Qovurma restoranıQida brendləri və restoranÖzəl
Xəzər 103 FMXəzər Televiziya və Radio Yayımları ŞirkətiÖzəl
Xəzər TVXəzər Televiziya və Radio Yayımları ŞirkətiÖzəl
Radio 103.3Araz Radio yayım şirkətiÖzəl
ARB TVARB Televiziya və Radio Yayımları ŞirkətiÖzəl
AzTVAzTVTeleviziya və Radio Yayımları ŞirkətiÖzəl
ATVATV Televiziya və Radio Yayımları ŞirkətiÖzəl
KinobizVideo platformasıÖzəl
TÜRKAZ groupInvestisiya şirkətiÖzəl
BTVMedia şirkətiÖzəl
RAMEDIATv layihələri istehsal şirkətiÖzəl
Viktor İsayeviç KandaurovFiziki şəxs 
106.3 FMATV Televiziya və Radio Yayımları ŞirkətiÖzəl
106 FMATV Televiziya və Radio Yayımları ŞirkətiÖzəl
Avrupa Beynəlxalq HospitalTibbi sahə/HospitalÖzəl
Maxpro printPoliqrafiya şirkətiÖzəl

Əlaqədar Yazılar