Əsas ARKA-DA“MƏNİM EVİM” FİLM LAYİHƏSİ BEYNƏLXALQ PROQRAMDA İŞTİRAK EDİB

“MƏNİM EVİM” FİLM LAYİHƏSİ BEYNƏLXALQ PROQRAMDA İŞTİRAK EDİB

by editor

“Mənim evim” film layihəsi 66-cı Krakov Film Festivalı çərçivəsində təşkil olunan “CEDOC Market” proqramında iştirak edib. Krakov Film Festivalı sənədli kino sahəsində Avropanın ən nüfuzlu festivallarından biri, onun tərkibində keçirilən “CEDOC Market” isə beynəlxalq prodüserlər, fondlarla birbaşa əməkdaşlıq imkanları yaradan mühüm sənaye platformasıdır.

Filmin süjet xətti 86 yaşlı Vəlinin ömrünün son günlərində keçmiş evini və yaxınlarının məzarını son dəfə ziyarət etmək arzusundan bəhs edir. Filmin prodüseri Nicat Dadaşov, rejissoru Ülviyyə Əhmədovadır. Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən layihənin “CEDOC Market”də iştirakı üçün Nicat Dadaşov və Ülviyyə Əhmədovaya səfər dəstəyi göstərilib, iştirak haqqı isə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən ödənilib.

Azərbaycan sənədli kinosunun inkişafı, eyni zamanda layihələrin beynəlxalq potensialının artırılması üçün inkişaf proqramlarında iştirakı prioritet sahələrdən biridir.

Əlaqədar Yazılar