Əsas ARKA-DA“DAŞLARA HƏKK OLUNAN TALE: ƏCƏMİ NAXÇIVANİ” FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞA ÇATIB

“DAŞLARA HƏKK OLUNAN TALE: ƏCƏMİ NAXÇIVANİ” FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞA ÇATIB

by editor

Mədəniyyət Nazirliyi tabeliyindəki Kino Agentliyinin “Azərbaycan irsinə səyahət” layihəsi çərçivəsində ərsəyə gələn bu xüsusi ekran əsəri memar Əcəmi Naxçivaninin 900 illik yubileyinə həsr olunub. Dövlət sifarişi ilə “Şahdağ Film” və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən birgə istehsal edilən filmin son çəkilişləri ötən günlərdə həyata keçirilib.

Qeyd edək ki, filmin çəkilişləri “Azərbaycanfilm” Kinostudiyası daxil olmaqla, Gəncə şəhərində, Qaradağ rayonunda, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilib.

Hazırda film post-prodakşn mərhələsindədir. Montaj, səs və digər texniki tamamlama işləri bitdikdən sonra isə bu möhtəşəm ekran əsəri geniş tamaşaçı auditoriyasına təqdim ediləcək!

Əlaqədar Yazılar