Əsas ARKA-DA ARKA İLK FİLM PREMYERASINI ETDİ: “TƏNHA İNSANIN MONOLOQU”

ARKA İLK FİLM PREMYERASINI ETDİ: “TƏNHA İNSANIN MONOLOQU”

by editor

2 avqust “Azərbaycan kinosu günü”ndə Nizami Kino Mərkəzində “Tənha insanın monoloqu” filminin premyerası baş tutdu.

Psixoloji ailə dramında müharibədən və ata-oğul münasibətindən bəhs edir. 52 dəqiqəlik xronometrajlı filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərlidır. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkiliblər.

Qeyd edək ki, rejissor Emin Əfəndiyev bir çox uğurlu filmlərin rejissoru, “Alatava” serialının həmmüəllifidir. Operator Daniel Quliyev də həm rejissor, həm də operator kimi fəaliyyət göstərir. O, Almaniyada təsvir həllinə görə mükafat qazanıb. Rejissorun sözlərinə görə, “Danielin çəkilişlərə operator kimi yanaşması çox maraqlı və zövqlüdür. Ona görə də Daniellə birgə işləmək rahat və maraqlı alınır”.

Film Azərbaycan Respiblikasının Kino Agentliyinin dəstəyilə “Shahdagfilm” tərəfindən istehsal olunub.

Filmin müəllifləri onun festivallarda iştirakını hədəfləyirlər. Festivallardan sonra isə ekran əsəri daha geniş tamaşaçı kütləsinə nümayiş etdiriləcək.

Əlaqədar Yazılar