Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan kinosunun gələcək perspektivləri istiqamətində yeni layihəyə imza atıb. Tələbə filmlərinin istehsalına dəstək vermək üçün müqavilələr bağlanıb.
Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı tələbələr Murad Sükürlünün “Bir vaxtlar Sabunçud” və Mixail Abdulovun “Lent” filmlərinin Qazaxıstanda Farabi Film Festivalında mükafata layiq görülməsi Azərbaycan kinosunun gələcək uğurundan xəbər verir. ARKA kino təhsili alan azərbaycanlı təbələrin filmlərinin müxtəlif beynəlxalq festivallarda təmsil olunmasını onlar uçun stimul, məsuliyyət, istedadlarını nümayiş etdirmək üçün bir meydan hesab edir. “Bu mənada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-film” kinostudiyasının yarandığı dövrdən bəri ilk dəfə ARKA-dan aldığı maddi dəstəyin, tələbə studiyasının işində əsaslı dönüş yaradacağına inanırıq”.
Qeyd edək ki, gənclərdən ibarət “Alternativ Kino Akademiyası”nın yaradılması, müasir kinematoqrafiyada gedən proseslerin yaxından izlənilməsi və öyrənilməsi, dünya kino bazarına çıxış imkanlarının araşdırılması, müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrin yaradılması istiqamətində memorandumların imzalanması, milli kinoya müasir dövrə uyğun yanaşma, Azərbaycan kinosunun dünyada, dünya kinosunun Azərbaycanda tanıdılması və təliği istiqamətində layihələrin hazırlanması və digər həlli vacib məsələlər ARKA-nın fəaliyyətinin əsasını təşkil edir. Bu sıradan ARKA və “Tədris-film” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı üçün kifayət qədər vəsait ayrıldı.
İstehsal olunacaq layihələr: “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə biməyən adam”, “Çağrılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” layihələridir.
Umid edirik ki, istedadlı tələbələrlə ARKA arasında olan bu yaradıcı əməkdaşlıq yaxın vaxtlarda ərsəyə gələcək uğurlu ekran işləri ilə milli kinomuza öz töhfəsini verəcək.
№ | FİLMİN ADI | NÖVÜ | HƏCMİ (dəq.) | BƏDİİ RƏHBƏR | REJİSSOR | OPERATOR |
1 | İnam | bədii | 35 | Şərif Qurbanəliyev | Mirzahid Ağayev | Tural Məmmədov |
2 | Düşmüş mələk | bədii | 25 | Şərif Qurbanəliyev | Elmar Fərzəli | Yusif Qasımlı |
3 | Tullantılar dünyası | sənədli | 30 | İqbal Məmmədəliyev | Araz Quliyev | Sadıq Əliverdibəyli |
4 | Balıqçı kafesində görüş | bədii | 25 | Yusıf Quliyev | Əhməd Əhmədov | İlkin Məmmədov |
5 | Fundament | bədii | 15 | Elnur Mehdiyev | Mohammad Hossein Alipanahi | Camal Əliyev |
6 | Dəyişə biməyən adam | bədii | 20 | Adil Azay | Fidan Babayeva | Rauf Mustyukov |
7 | Çağırılmamış qonaq | bədii | 15 | Yusıf Quliyev | Mirhafiz Həsənov | Nahid Həsən |
8 | Starın hekayəsi | sənədli | 15 | Rafiq Quliyev | Rauf Talıbov | Rauf Talıbov |
9 | Şirin yuxu | sənədli | 15 | Elnur Mehdiyev | Şöhlət İbrahimova | Nahid Həsən |
10 | Biçilmiş don | bədii | 20 | Yusıf Quliyev | Xəyal Abbasov | Əli Həsənəlizadə |
11 | Mühafiz | bədii | 15 | Elnur Mehdiyev | Rüstəm Sadıxov | Tural Məmmədov |
12 | Zavtra (Sabah) | bədii | 20 | Elnur Mehdiyev | Lamiyə Həsənova | Samir Əliyev |