Əsas ANALİTİKA AZƏRBAYCANLI AKTYORLAR XARİCİ FİLM ÇƏKİLİŞLƏRİNDƏ

AZƏRBAYCANLI AKTYORLAR XARİCİ FİLM ÇƏKİLİŞLƏRİNDƏ

by editor

Sovet zamanında digər sosialist respublikaların filmlərinə azərbaycanlı aktyorlar cəlb edilər, eyni zamanda bizim filmlərdən də onların aktyorları çəkilərdi. Müstəqillik əldə etdikdən sonra digər ölkə kinematioqrafiyasında, xüsusilə də İran, Türkiyə və Rusiya filmlərində azərbaycanlı aktyorların iştirakı faktlarına tez-tez rast gəlinirdi.

Son illərdə azərbaycanlı aktyorlar xarici filmlərin çəkilişlərində iştirakı intensiv hal alıb. Bu əsasən Azərbaycan Aktyorlar Agentliyinin (actorsagency.az) xarici film istehsalçıları ilə əməkdaslığı nəticəsində baş tutur.

2013-cü ildən fəaliyyət göstərən Agentlik Azərbaycan aktyorlarının film istehsalçıları ilə münasibətlərinin qurulması istiqamətində işləyir. Bura kastinq, müqavilələrin tərtibi və iş şərtlərinin razılaşdırılması daxildir. Son bir ildə Azərbaycan aktyorların Agentliyin vasitəsi ilə çəkildiyi əcnəbi filmlərin siyahısını təqdim edirik.

FİLMİN ADIİSTEHSALÇINÖVJANRİŞTİRAK EDƏN AKTYORLAR
AktyorRusiyaBədii serialdöyüş, detektivFəxrəddin Manafov
Canım QazaxıstanQazaxıstanBədii filmkomediya, melodramSənubər İsgəndərli
Cəhd etməkHindistanBədii filmmelodram, döyüşKazım Abdullayev, Rövşən Kərimduxt, Vüsalə Ağayeva, Tural Əhməd
Diplomat-2RusiyaBədii serialmelodramLəman İmanova
Ərik acısıRusiyaBədii serialmelodramHüsniyyə Mürvətova
HəqiqətSinqapur HindistanBədii serialdöyüş, melodramƏrturan Nəcəfi Göl, Elgiz Nəbili
İnamSinqapurBədii serialmelodramToğrul Rza
KakPHindistanBədii serialmacəra, döyüşİlqar Cahangir, Turanə Hüseynli, Ərturan Nəcəfi Göl Netflix platforması üçün
QovulmuşlarRusiyaBədii serialtarixi dramRövşən Kərimduxt, Hüsniyyə Mürvətova, Səmimi Fərhad, Kamran Ağabalayev, Aydan Həsənzadə, Əbdülqəni Əliyev, Cavidan Novruz, Cümşüd Zeynalov, Sənan Əlləz IVI platforması üçün
ParıltıRusiyaBədii serialmelodramCorc Qafarov IVI platforması üçün
SərdarHindistanBədii filmmelodramƏsgər Əsgərov, Faiq Mirzəyev, Yaroslav Trifonov, Ərturan Nəcəfi Göl
YeniçərilərRusiyaBədii serialtarixi dramKamran Ağabalayev, Pərviz Məmmədrzayev
     

Əlaqədar Yazılar