Əsas ARKA-DA AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN FİLMLƏRİ QAZAXISTANDA MÜKAFAT ALIB

AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN FİLMLƏRİ QAZAXISTANDA MÜKAFAT ALIB

by editor

Qazaxıstanda beynəlxalq 1-ci Fərabi Beynəlxalq Tələbə Filmləri Festivalı keçirilib. Türkdilli ölkələrin tələbələrinin qatıldığı festivalda TÜRKSOY-a üzv olan ölkələrin kino və media fakültələrinin tələbələrinin bədii və sənədli filmləri yarışıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə festivala göndərilən azərbaycanlı rejissorlar Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” və Mixail Abdulovun “Lent” filmləri “Ən yaxşı müəllif filmi” və “Ən yaxşı aktyor dueti” nominasiya üzrə qalib olub.

Əlaqədar Yazılar