Əsas ÜMUMİ PLANDAFESTİVALLAR BOLQARISTANDA “AZƏRBAYCAN KİNOSU GECƏSİ” KEÇİRİLİB

BOLQARISTANDA “AZƏRBAYCAN KİNOSU GECƏSİ” KEÇİRİLİB

by editor

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı MENAR Beynəlxalq Film Festivalında Azərbaycan kinosu gecəsinin və “Azərbaycana səyahət” adlı fotosərginin açılışı olub. AZƏRTAC-ın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və MENAR Beynəlxalq Film Festivalının təşkilatçıları çıxış ediblər. Tədbir iştirakçılarına Azərbaycan mədəniyyəti və kinosu haqqında məlumat verilib.

Yanvarın 22-dən 28-dək davam edəcək “Azərbaycana səyahət” fotosərgisində Bolqarıstanın türkəsilli fotoqrafı Arslan Əhmədovun müəllifliyi ilə Azərbaycanın ucqar bölgələrində yaşayan soydaşlarımızın yaşayış tərzini və mədəniyyətini, təbiətini əks etdirən fotolar nümayiş olunub.

Tədbirlərdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, yerli mədəniyyət xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, jurnalistlər, həmçinin yerli və xarici kinosevərlər iştirak ediblər.

Əlaqədar Yazılar