Əsas ARKA-DA “CINEMO” MOBİL FİLM FESTİVALININ AÇILIŞI OLUB

“CINEMO” MOBİL FİLM FESTİVALININ AÇILIŞI OLUB

by editor

1 dekabr tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılışı olub.

Festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Tədbirdə mobil kino avadanlığının əcdadları sayılan həvəskar kino kameralarından bəhs edən sənədli film nümayiş olunub.

Qeyd edək ki, cinemoff.com veb saytından festivalın iştirak şərtləri və mükafat fondu ilə ətraflı tanış olmaq mümkündür.

Əlaqədar Yazılar