Əsas ARKA-DA HADRUT, SƏN AZADSAN!

HADRUT, SƏN AZADSAN!

by editor

Növ: qısametrajlı sənədli film

İl: 2023

İstehsalçı: Bakı Media Mərkəzi, Azərbaycanfilm

Müddət: 46 dəqiqə

Yaş həddi: 12+

Nümayiş tarixi: 22.12.2023

Janr: döyüş, tarixi

Rejissor: Cavidan Şərifov

Ssenari müəllif: Rasim İsmayılov

Operatorlar: Ziya Babayev, Əli Əliyev

Rəssam: Arif Niftiyev

Prodüserlər: Orman Əliyev, Nazim Hüseynov

Baş prodüser: Arzu Əliyeva

Qısa məzmun: Filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Burada “Dəmir yumruq” əməliyyatının əsas həlqəsi sayılan qəsəbənin azad olunma planının unikal formada təşkil edilməsi və uğurla həyata keçirilməsi öz əksini tapıb.

Filmdə əməliyyata qərar verilməsindən, əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə təkrarolunmaz hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.

Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində aparılıb.

Film Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə çəkilib.

Əlaqədar Yazılar