Əsas ARKA-DA “HADRUT, SƏN AZADSAN!” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB

“HADRUT, SƏN AZADSAN!” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB

by editor

Dekabrın 22-də Nizami Kino Mərkəzində “Hadrut, sən azadsan!” sənədli filminin təqdimatı keçirilib.

Film Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib.

Filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Burada “Dəmir yumruq” əməliyyatının əsas həlqəsi sayılan qəsəbənin azad olunma planının unikal formada təşkil edilməsi və uğurla həyata keçirilməsi öz əksini tapıb.

Filmdə əməliyyata qərar verilməsindən, əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə təkrarolunmaz hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Cavidan Şərifov, ssenari müəllifi Rasim İsmayılov, operatorları Ziya Babayev və Əli Əliyevdir.

Əlaqədar Yazılar