Əsas FESTİVALLAR DANİEL QULİYEVİN “BOŞ EVLƏR” FİLM LAYİHƏSİ ALMANİYADAN QRANT QAZANDI

DANİEL QULİYEVİN “BOŞ EVLƏR” FİLM LAYİHƏSİ ALMANİYADAN QRANT QAZANDI

by editor

Kinorejissor, kinooperator Daniel Quliyevin yeni film layihəsi beynəlxalq dəstək qazanıb. Belə ki, rejissorun “Boş evlər” tammetrajlı bədii film layihəsi Almaniyanın “Hessen Film & Medien” regional fondunun qrant müsabiqəsinin qaliblərindən seçilib.

“Doghouse Filmproductions” (Almaniya), “Adari Films” (Azərbaycan) və “Kaplanfilm” (Türkiyə) kino şirkətlərinin birgə istehsalı olan layihə debütant rejissorların tammetrajlı film inkişafı və ilkin hazırlanması kateqoriyası əsasında maliyyələşdirilib. Beynəlxalq kino bazarında böyük potensiala malik olan film mühüm birgə istehsal kimi qiymətləndirilir.

Xatırladırıq ki, Daniel Quliyev daha öncə “Bic” qısametrajlı filminə görə Türkiyənin İstanbul şəhərində keçirilən Dəyişən Perspektivlər Beynəlxalq Kino Festivalının (Changing Perspectives Short Film Festival) əsas mükafatına da  layiq görülmüşdü. O, həmçinin, 2024-cü ildə rejissor Orxan Ağazədənin  “Kinomexanikin qayıdışı” filminə kinooperatorluğu yüksək səviyyədə yerinə yetirdiyinə görə də prestijli Alman Kamera Mükatını qazanmışdı.

Əlaqədar Yazılar