Əsas ANALİTİKAFİLM MÜSABİQƏSİNƏ SƏNƏD QƏBULU BAŞA ÇATIB

FİLM MÜSABİQƏSİNƏ SƏNƏD QƏBULU BAŞA ÇATIB

by editor

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən 2026-cı il üzrə “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi” üzrə sənəd qəbulu uğurla başa çatdı.

Bu il müsabiqə yerli kino sənayesində yüksək maraqla qarşılandı və müxtəlif istiqamətləri əhatə edən layihələrlə yadda qaldı:

— 27 şirkət müraciət edib

— 38 layihə təqdim olunub

— 7 beynəlxalq layihə iştirak edib

— 5 tammetrajlı bədii film layihəsi qeydə alınıb

Müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi,

eyni zamanda müstəqil prodüser mərkəzləri və sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər arasında rəqabət mühitinin gücləndirilməsi,

həmçinin birgə film istehsalı imkanlarının genişləndirilməsi məqsədi ilə həyata keçirilir.

Təqdim olunan layihələr hazırda müvafiq mərhələlər üzrə qiymətləndirmə prosesinə keçəcək və nəticələr Bədii Keyfiyyətə Nəzarət Komissiyasının rəyləri əsasında müəyyən olunacaq.

Qalib layihələr və yekun nəticələr yaxın zamanda rəsmi kanallar vasitəsilə elan ediləcək.

Əlaqədar Yazılar