18-27 oktyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində 34-cü “Bəşəriyyətə ismarıc” Beynəlxalq Kinofestivalı keçirilib. Festivalda iştirak edən “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi festivalın “Gümüş Kentavr” mükafatına layiq görülüb.
Rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” filmində hadisələr 44 günlük Vətən Müharibəsi fonunda baş verir. Film 2021-ci ildə Mədəniyyət nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” layihə müsabiqəsinin qaliblərindən biridir. “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” şirkətinin dəstəyi ilə “Mozalan” studiyasında çəkilmiş filmin dünya premyerası bu ilin əvvəlində Finlandiyanın Tampere şəhərində keçirilən beynəlxalq kinofestivalın Cənubi Qafqaza həsr olunmuş xüsusi proqramı çərçivəsində baş tutub.