Əsas ARKA-DA KİNO AGENTLİYİNİN APELLYASİYA KOMİSSİYASININ TƏRKİBİ ELAN OLUNUB

KİNO AGENTLİYİNİN APELLYASİYA KOMİSSİYASININ TƏRKİBİ ELAN OLUNUB

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 18 iyul 2023-cü il tarixində film layihələri müsabiqəsi elan etmişdi. Qaydalara əsasən qalib olmayan və nəticədən narazı olan layihələrin yenidən apellyasiya komissiyasına müraciət edilməsi təmin olunub.

Qeyd edək ki, Agentlik Apellyasiya Komissiyasının tərkibini elan edib. Komissiya kino xadimləri Ramiz Fətəliyev, Xamis Muradov, Rafael Qəmbərov, Akif Rüstəmov, Vidadi Həsənov, Yavər Rzayev və Əliğa Məmmədovdan ibarətdir.

​Komissiyaya təqdim olunan 22 film layihəsinin qiymətləndirilməsi artıq yekunlaşıb.Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsi tövsiyə edilib.

Komissiyaya təqdim olunan digər ssenari layihələrinin təkmilləşdirilməklə növbəti müsabiqələrdə iştirak etməsi təklif olunub.

ARKA tərəfdən dəstəklənə bilən layihələrin adları növbəti həftə ARKA-nın rəsmi saytında və sosial media hesablarında açıqlanacaq.

Əlaqədar Yazılar