Əsas EKRANDA “NİSAN” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB + FOTOSESSİYA + VİDEO

“NİSAN” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB + FOTOSESSİYA + VİDEO

by editor

13 martda Park Cinema Kinoteatrında Türkiyənin Eslem film şirkəti tərəfindən istehsal edilən “Nisan” filminin nümayişi keçirildi.

Xronometrajı 75 dəqiqə və dram janrında olan filmin rejissoru və ssenaristi İbrahim Bülbüldür. Filmin büdcəsi 230 min manatdır. Filmdə əsas rollarda Erhan Ufak, Canan Nəzirova, Novruz Cəfərov, Rəşad Kəsəmənli, Murad Abdullayev, Səbuhi Zaman, Şahin İmaməliyev, Vurğun Həsənov, Cihan Şəntürk, Şeyda Aydın iştirak ediblər.

Filmin mövzusuna əsasən Tamer yağışlı bir gündə boş küçədə tənha gəzərkən balaca bir it balasına rast gəlir. Onu evə aparır, adını Nisan qoyur. Tamer Nisanın qayğısına qalır və böyüdür. Bir gün bir silahlı dəstə Nisana atəş açır. Tamer polisə şikayət edir. Orada Serap adlı polis onun dərdinə şərik olur. Tamer itini öldürənləri təqib edir və onlardan bu əməli nə üçün törətdiklərini öyrənmək istəyir. Arada yaranan mübahisədə Tamer özünü qorumaq məqsədilə bir gənci öldürmək məcburiyyətində qalır. Polisin isə son hadisədən xəbəri yoxdur.

Türkiyə və Azərbaycan ortaq işi olan “Nisan” filminin çəkilişləri iki il əvvəl Türkiyədə və Azərbaycanda aparılıb.

Film 14 marttan etibarən Nizami Kino Mərkəzində və Park Cinema kinoteatrlarında nümayiş etdirilir.

Əlaqədar Yazılar