Əsas EKRANDA “DOSTUM, YOXSA SEVGİLİM?!..” TƏQDİM OLUNDU + FOTOSESSİYA + VİDEO

“DOSTUM, YOXSA SEVGİLİM?!..” TƏQDİM OLUNDU + FOTOSESSİYA + VİDEO

by editor

Rejissor Elvin Abdullanın üç il əvvəl ssenarisini meyxanaçı Aqşin Fatehlə birlikdə yazdığı və çəkdiyi “Dostum, yoxsa sevgilim?!.” filminin təqdimatı 12 martda Nizami Kino Mərkəzində keçirildi. Xronometrajı 77 dəqiqə olan film dram və döyüş janrındadır.  Filmdə baş rolu meyxanaçı Aqşin Fateh canlandırır. Digər rollarda isə Şəhriyar Məcid, Aysel Yusubova, Xəyal Salahov, İlqar Musayev, İlham Əsədov, Xətai Mehbalıyev ifa edirlər.

Filmin mövzusuna əsasən, Şəhriyar atasını öldürən iş adamının övdladları ilə hesablaşmağa məcbur olur. O, özü də istəmədən iş adamının oğlu Şahmarı öldürür, meyidi götürüb ən yaxın dostu Aqşinin yanına gəlir. Aqşin maşın üçün Leylanın yanına gedir. Amma bu gün Leylanın ad günü imiş. Leyla da onlarla birlikdə getməyə israr edir. Dostla məcbur olaraq baqajda meyid, yanlarında Leyla ilə Qəbələyə, Aqşinin döyüş yoldaşı “komandirin” yanına yola düşürlər. Amma öldürülən Şahmarın qardaşı Qabil də boş dayanmır. Qisas “oyunu” başlayır.

Rejissor bildirdi ki, “Film narkomaniya əleyhinə, narkotikin ölkəmizdə yayılmasının və populyarlaşmasının əleyhinə olan filmdir. Filmdə “narkotikin qarşısını biz də öz cəhdlərimizlə almalıyıq” mesajı verilir.” O, həmçinin əlavə etdi ki, “ Qeyri komediya janrında olan filmlər Azərbaycanda çox az istehsal olunur. Bu, həqiqətən həm risklidir, həm də böyük məsuliyyətdir. Amma məni yaxından tanıyanlar, fəaliyyətimlə tanış olanlar bilir ki, komediya janrı mənim janrım deyil. Çətinliklə də olsa mən qeyri komediya janrında filmlər çəkməyə davam edirəm.

Film 13 marttan etibarən bütün kinoteatrlarda nümayiş olunur.

Əlaqədar Yazılar