Əsas ÜMUMİ PLANDAFESTİVALLAR ORXAN AĞAZADƏNİN “KİNOMEXANİKİN QAYIDIŞI” FİLMİ BEYNƏLXALQ FESTİVALIN ƏSAS MÜKAFATINA LAYİQ GÖRÜLÜB

ORXAN AĞAZADƏNİN “KİNOMEXANİKİN QAYIDIŞI” FİLMİ BEYNƏLXALQ FESTİVALIN ƏSAS MÜKAFATINA LAYİQ GÖRÜLÜB

by editor

19-25 avqust tarixlərində Cənubi Koreyada EIDF EBS Beynəlxalq Kino Festivalı keçirilib. Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi Festivalın Qran-Prisinə “Documentary Goyang Award” mükafatına layiq görülüb.

2024-cü ilin istehsalı olan film azərbaycan və tanış dillərində çəkilib. Filmin xronometrajı 87 dəqiqədir.

Filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, rejissor assistenti Leylaxanım Qənbərli, səs rejissoru  Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir. Film Almanya (Lichtblick Film) və Fransanın  (Kidam) ortaq istehsalıdır.

Filmin qəhrəmanı Samid oğlunu iş qəzasında itirəndən bəri tənhalıqla və melanxolik hissləri ilə mübarizə aparır. O, kənddə kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Samid gənc Ayazı da özünə qoşulmağa təşviq etməkdə çətinlik çəkmir. Ola bilər ki, Samidlə Ayaz arasında 50 yaş fərqi olsun, amma onların kinoya həvəsi var. Hər ikisi ucqar kənddə kinonu canlandırmaq ideyası ilə yaşayırlar. Onlar birlikdə kənd əhalisini kino ekranı üçün yer tikməyə inandırmalı, köhnə proyektorları təmir etməli, rəhbərlikdən icazə almalı və layihə ilə bağlı şayiələrə məhəl qoymamalıdırlar. Samid kinomexanik kimi sənətini, səbrini və biliyini aşılayır, yeni başlayan kinorejissor Ayaz isə müasir dünya ilə inteqrasiya yaradır. Onlardan biri həyatı, digəri isə kədəri ilə irəliləyir. Kino öz sehrini göstərəcəkmi?

Qeyd edək ki, filmin operatoru Daniel Quliyev təsvir həllinə görə Alman Kamera Mükafatlarında sənədli film nominasiyasında təltif olunmuşdu.

Əlaqədar Yazılar