Əsas İRİ PLANDAFOTOSESİYA “SƏMA İLƏ GÖRÜŞ” FİLMİ POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏDİR + FOTOSSESİYA + VİDEO

“SƏMA İLƏ GÖRÜŞ” FİLMİ POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏDİR + FOTOSSESİYA + VİDEO

by editor

Azərbaycan Kino Mərkəzinin istehsalı olan “Səma ilə görüş” filminin post-prodakşn (montaj – səs montajı, rəng korreksiyası) mərhələsi davam edir.

Filmin rejissoru Rüfət Şahbazov, ssenari müəllifləri Orxan Mərdan, Vüqar Hüseynov, Talıb Əhmədov, operatoru Şahmar Səfəroğlu, icraçı prodüseri Fuad Cəfərov, prodüseri Amiran Babayev, baş prodüseri Orxan Mərdandır.

Film xəstələrə kömək göstərmək istəyən 3 dostdan bəhs edir. Bu dostların yalan və oğurluq üzərində qurulmuş həyatları bir gün onlara həyat dərsi verir.

Filmdə əsas rollarda Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Əlibəy Məmmədli çəkiliblər.

Dram, ekşn və komediya janrında olan filmin mart ayında təqdim olunması nəzərdə tutulur.

Əlaqədar Yazılar