Əsas ANALİTİKA AZƏRBAYCAN KİNOSUNDA HANSI BOŞLUQLAR VAR? – SORĞU

AZƏRBAYCAN KİNOSUNDA HANSI BOŞLUQLAR VAR? – SORĞU

by editor

Yedinci sənət kimi qəbul edilən kino, tamaşaçıya görə bilmədiyini göstərmək, hiss etdirmək ya da sətiraltı mənanı ifadə etmək kimi xüsusiyyətlərə sahib olmaqla bərabər, bəzən təbliğat vasitəsi kimi istifadə edilir.

Ən yaxşı təbliğat üsulu olduğu üçün bir çox dövlətlər kinoya ya investiya qoyur, ya da kino işçilərinin işlərini asanlaşdıran qərarlar qəbul edirlər. Hər gün çıxan xəbərlərdən qonşularımızın kino sahəsinə daha çox diqqət ayırdıqları çox barizdir. Düzdür. 2023-cü ildə Filmlərin Dövlət Reyestrində qeydiyyatdan keçən Azərbaycan filmləri haqqında məlumata əsasən bu il Azərbaycanda 82 film çəkilib. Ancaq bu filmlərin hamısına izləyicilər baxa bilməyib.  Bəs bizim kinomuzun geridə qalma, ya da inkişaf edə bilməməsinin səbəbi nədir? Bunu öyrənmək üçün kinomuzun aktyor, aktrisa və rejissorlarımıza sual ünvanladım. Azərbaycan kinosunda hansı boşluqlar var?

Sevilən aktyor Taleh Yüzbəyov bu problemin hansı mövzuda, necə çəkilməsindən tutmuş, prodüserin kimliyinə kimi müxtəlif səbəblərin olduğunu dedi.

“Xəyanət yox” filmi ilə 2023-cü ilin film bağlanışı edən rejissor Valeh Əhmədova görə səbəb öz milli adət-ənənələrimizi ümumbəşəri mövzulara uyğunlaşdıra bilməməyimizdir. O özü də festivallarda iştirak üçün film çəksə də, maddi olaraq çox ziyan gördüyünü bildirdi. 

Daha çox komediya janrında filmlərə çəkilən aktyor Nicat Rəhimovun dediyinə görə “Hər yerindən duran film çəkir və pis filmlər çıxır. Yaxşı filmlərə isə əhali gedib baxmır ki, bu da həmin filmlər kimidir”.

Aktrisa Aydan Ağazadəyə görə əsas problem maliyyə məsələsidir: “Bizə sadəcə yetərli maliyyə lazımdır, yaxşı filmlər çəkilsin”.

Dünya təcrübəsi isə göstərir ki, kinoya sənayesinin inkişafı üçün  maddiyat çox önəmli olsa da, yetərli deyil. Həmçinin kino işçilərinin işini asanlaşdıran, onların daha yaradıcı olmasına xidmət edən qanunlar da qəbul edilməlidir. Bu qanunlar kinonun həm estetik cəhətdən inkişafına təkan verəcək, həm də kino işçilərinin əməyini qiymətləndirəcək.

Aynur Kazımova

Əlaqədar Yazılar