Əsas EKRANDA “İTƏN GÜNDƏLİK” NÜMAYİŞDƏ + FOTOSESSİYA

“İTƏN GÜNDƏLİK” NÜMAYİŞDƏ + FOTOSESSİYA

by editor

Yanvar ayının 11-də Park Cinema kinoteatrında Sədaqət Kərimovanın “İtən gündəlik” filminin təqdimat mərasimi keçirildi.

Film orta məktəbin V sinif şagirdi Azqarın gündəliyinin itməsi kimi ilk baxışda sadə görünən bir hadisə ilə başlanır. Bir neçə il sonra – IX sinifdə yenidən gündəliyini itirən yeniyetmə qızın keçirdiyi həyəcanın fonunda orta məktəb həyatının təzadlı və dramatik anları təsvir olunur.

Film Sədaqət Kərimovanın “İtən gündəlik” romanının motivləri əsasında və ləzgi dilində çəkilib.

Filmin rejissoru, ssenari müəllifi və prodüseri Sədaqət Kərimova, operatoru Elxan Rüstəmov, əsas rolların ifaçıları Zafina Mirzəbəyova, Leyla Saydumova, Məzahir Səlimov, Amil Mehdiyev, Eleonora Abdullayeva, Rəhilə Ömərovadır.

FİLMİN TƏQDİMAT MƏRASİMİNDƏN FOTOSESSİYA

FİLMİN ÇƏKİLİŞ PROSESİNDƏN FOTOSESSİYA

FİLMİN TREYLERİ

Əlaqədar Yazılar