Əsas ÜMUMİ PLANDAFESTİVALLAR “AÇAR” FİLMİ BOLQARISTANDA BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDİR

“AÇAR” FİLMİ BOLQARISTANDA BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDİR

by editor

“Açar” qısametrajlı bədii filmi Bolqarıstanın paytaxtında keçirilən 16-cı Sofia Menar Film Festivalının qısametrajlı filmlər proqramında iştirak edir. Film  Yaponiya, ABŞ, İran, Tunis, Misir və Pakistan filmləri ilə yarışır.

Premyerası 2023-cü ildə 14-cü “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalında baş tutan “Açar” filmi bu müddətdə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda ölkəmizi təmsil edib.

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” filmi Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Elşad Əliyev, operatoru Cavid Oruclu, rəssamı Arif Niftiyev, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir. Filmdə əsas rollarda Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov çəkilib.

Qeyd edək ki, 16-cı Sofia Menar Film Festivalı yanvarın 12-dən 18-dək davam edəcək.

Əlaqədar Yazılar