Əsas EKRANDA “ÜLKƏR” FİLMİNİN TƏQDİMATINDAN FOTOSSESİYA VƏ VİDEOREPORTAJ

“ÜLKƏR” FİLMİNİN TƏQDİMATINDAN FOTOSSESİYA VƏ VİDEOREPORTAJ

by editor

Yanvar ayının 31-də “Alov qülləri”ndə “Ülkər” tammetrajlı bədii filminin təqdimatı baş tutdu.

Dram janrında olan film Ülkər adlı 17 yaşlı gənc qızın erkən evliliyə məcbur edilməsindən və  kədərli taleyindən  bəhs edir.

Filmin quruluşçu rejissoru, Gənc Tamaşaçılar Teatrının aktirası Xəyalə Meydanova bildirdi ki, bu film onun ilk rejissorluq işidir. Bu filmiylə rejissor izləyicilərə gənc qızlarımızı erkən yaşda evliliyə yox, təhsilə sövq etməyin önəmini vurğulayır.

Filmdə Ülkərin taleyinin qeyri-müəyyən olduğunu qeyd edən layihə rəhbəri Faiq Nağıyev bildirdi ki, filmin davamı olacaq.

Xronometrajı 90 dəqiqə olan film FS Film Company tərəfindən istihsal edilib.

Filmdə rolları Əməkdar artistlər Rövşən Kərimduxt, Elmira Kərimova, Mətləb Abdullayev, İlham Əsədov, aktyorlar Röya Paşayeva, Yeganə Mələk, Ramazan Xanlarov, Məhbubə Mirpaşaqızı, Rəhbər Əkbərzadə, Valeh Bayramlı, Ramal Qasımzadə, Tahir İsmayılov, Mahir Mirişli, Humay Xəlili, Röya Tağıyeva, Aynura Ağayeva, Səddam Mustafayev, Dilşad Oğuz canlandırıb.

Filmin ssenari müəllifi Yeganə Kərimzadə, operatoru FİKO, rəssamı Arzu Nağıyeva, bəstəkarı Sevinc Tofiqqızıdır.

Əlaqədar Yazılar