Fevral ayında rejissor Şahin Qəhrəmanın “21-ci möcüzə” tammetrajlı bədii filmi ekranlara çıxacaq.
Film iki dost Fəridlə Ramalın başına gələn hadisələrdən bəhs edir. Fərid və Ramal Bakı küçələrində böyüyən kimsəsiz gənclərdilər. Ramal Fəridin saflığından istifadə edir. Onu işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Bir gün onlar varlı ailənin qızı olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan dərdini bu gənclərə danışır. Fərid bu dərdə çarə tapır: məsləhət görür ki, Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır.
Filmi rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Elçin Muradov, operatoru Şahmar Səfəroğlu, rəssamı Vüqar Qurbanov, bəstəkarı Rüstəm Zeynallı, baş prodüseri Ələsgər Mehdiyevdir.
Filmdə Nicat Mehdi, İbrahim Çingiz, Kəmalə Piriyeva, Məhəmməd Verdizadə, Fidan Axundova, Mətanət Eres, Tural Əhməd, Elman Rəfiyev, Ülviyyə Rza, Toğrul Rza, Məryəm Hüseynova, Kamil Heybətov və başqa aktyorıar çəkiliblər.
NM Film Production istehsalı olan dram filminin fevral ayının 22-dən etibarən kinoteatrlarda nümayiş olunması nəzərdə tutulur.
FİLMİN ÇƏKİLİŞ PROSESİNSƏN FOTOLAR
FİLMİN TREYLERİ