Əsas ANALİTİKA 2024-CÜ İLİN İLK ÜÇ AYINDA 12 YERLİ FİLM KİNOTEATRLARDA YAYIMLANIB

2024-CÜ İLİN İLK ÜÇ AYINDA 12 YERLİ FİLM KİNOTEATRLARDA YAYIMLANIB

by editor

Hər bir film istehsalçısı məhsulun daha çox tamaşaçı tərəfindən izlənməsini, geniş auditoriyaya təqdim olunmasını istəyir. Bunun üçün ən ideal mühit kinoteatrlar şəbəkəsidir. Bu vasitə ilə prodüser layihəyə qoyduğu kapitalı geri qazanmağı ümid edir. Amma təəssüf ki, bu hər zaman baş vermir.

Azərbaycanda hazırda iki özəl kinoteatr şəbəkəsi (Park Cinema / Cinemastercard) və Nizami kino mərkəzi fəaliyyət göstərir. Bu şəbəkələrdə 2024-cü ilin ilk üç ayında cəmi 12 yerli film nümayiş olunub. Bu isə orta hesabla həftəyə bir film deməkdir. Əgər bu gedişat il boyu davam edərsə, 2024-cü ildə 50-ə yaxın yerli filmin istehsal olunacağı güman edilir.

YANVAR-MART AYLARINDA KİNOTEATRLARDA NÜMAYİŞ OLUNAN YERLİ FİLMLƏR

NFilmin adıJanrNümayiş tarixləriNümayiş şəbəkəsiİstehsalçıProdüserRejissorSsenari müəllifi
1Hozu dayə (2023)Komediya01.11.2023 – davam edirNizami Kino Mərkəzi, Cinemastercard, Park Cinema3İ Cinemaİslam Ağaİlham YaşaroğluMəcid Hüseynov, Samir Ələsgərov, Tərlan Nur Yaşar, Alim Cəfər
2Cin atı (2023)Qorxu, komediya29.11.2023 – davam edirNizami Kino Mərkəzi, Cinemamastercard, Park CinemaSoy productionFariz ƏliyevKənan Zeynalov, İsmayıl ZeynalovFariz Əliyev, Əlibəy Məmmədli, Əcəmi Əsədulla
3Stadionlar səssiz olanda (2023)Bioqrafik, idman30.11.2023 – 10.01.2024Nizami Kino Mərkəzi, Park Cinema, CinemamastercardAzeridmanservisƏli-Səttar QuliyevƏli-Səttar QuliyevƏli-Səttar Quliyev, Rüstəm Babazadə, Azər Quliyev, Nicat Muxtarov
4Xəyanətə yox (2023Melodram, komediya21.12.2023 – davam edirNizami Kino Mərkəzi, Park Cinema, CinemastercardAND productionValeh ƏhmədovValeh ƏhmədovValeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Çingiz Mütəllimov
5İtən gündəlik (2021)Melodram11.01.2024-31.01.2024Park CinemaQatfarfilmSədaqət KərimovaSədaqət KərimovaSədaqət Kərimova
6Ana (2023) – qısametrajlıDram18.01.2024-31.01.2024Park CinemaOscar film, Toğrul AbdullayevYaşar Əhmədov, Toğrul AbdullayevVüsal MəmmədovJalə Novruz
7BÖ Alajen (2024)Qorxu, komediya25.01.2024-07.02.2024Park CinemaAzərbaycan Film AkademiyasıZaur TahirsoyZaur TahirsoyZaur Tahirsoy
8ÜlkərDram01.02.2024-21.02.2024Cinemastercard, Park cinema, Nizami Kino MərkəziFS film companyFaiq NağıyevXəyalə Meydanova  Yeganə Kərimzadə
9ApatiyaDram09.02.2024-20.03.2024Cinemastercard, Park CinemaHikmət RəhimovHikmət RəhimovHikmət RəhimovHikmət Rəhimov
10İyirmi birinci möcüzəDram22.02.2024-06,03.2024Cinemastercard, Park Cinema, NizamiNM Film ProductionƏləsgər MehdiyevŞahin QəhrəmanElçin Muradov
11Səma ilə görüşDram, ekşn, komediya07.03.2023 – davam edirPark Cinema, Nizami Kino MərkəziAzərbaycan Kino MərkəziOrxan MərdanRüfət ŞahbazovOrxan Mərdan, Vüqar Hüseynov, Talıb Əhmədov
12Dostum, yoxsa sevgilimDram, döyüş14.03.2024-03.04.2024Cinemastercard, Nizami Kino MərkəziDREAM BIG Film CompanyAqşin Fateh, Şəhriyar Məcidi, Elvin AbdullaElvin AbdullaElvin Abdulla, Aqşin Fateh

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2022-ci ilin nəticələrinə görə açıqladığı məlumata əsasən, 2022-ci ildə ümimilikdə ölkə kinoteatrlarında 560 film nümayiş olunub. Bunlardar 60-ı yerli, 500-ü isə xarici ölkələrin istehsalıdır.

2023-cü ilin statistikası isə belədir:

Cinema Plus (indiki Cinemastercard) kinoteatrlar şəbəkəsində 2023-cü ildə ümumilikdə 219 film göstərilib. Bu filmlərdən 14-ü yerli, 205-i isə xarici ölkələrin istehsalıdır.

Park Cinema kinoteatrlar şəbəkəsində isə 2023-cü il ərzində 213 film nümayiş olunub. Bunlardan 29-u yerli, 184-ü xarici istehsaldır.

Kino mühiti inkişaf etdikcə, daha dolğun və ətraflı statistika verməyi ümid edirik. Belə ki, filmlərin büdcəsi və kassa gəliri bütün dünyada açıq və şəffaf ikən, bizdə həm istehsalıçı, həm də yayımçı bununla bağlı rəqəm verməyə çəkinir. Bu rəqəmlər ölkədə kino bazarının hesablanmasına, şirkətlərin və böyük maliyyə institutlarının kino sahəsinə olan sərmayə qoyuluşuna müsbət təsir edə bilər.

Əlaqədar Yazılar