Kinotənqidçi Hacı Səfərov bu dəfə kamera arxasına keçib. O, Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında yazdığı ssenarini ekranlaşdırmaq qərarına gəlib.
Hacı Səfərovun debüt filmi dram janrındadır. İllər sonra türmədən çıxan Hüseyn həyat yoldaşı Gülşadı görüşmək üçün çağırır. Gülşad illər sonra sevdiyi insana qovuşacağı üçün ümidlidir. Üstəlik o, bəzi cavabsız qalan suallara da məntiqli bir açıqlama gözləyir. Hüseynin onunla görüşlərə niyə çıxmadığını, cinayəti edib-etmədiyini öyrənmək istəyir. Hüseynin də görüşləri barədə öz planı var. Onlar öz keçmişləri ilə üzləşmək üçün yalnızca bir girişi olan hər kəsdən və hər şeydən uzaqda olan mağaraya girirlər.
Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.
Qeyd edək ki, Azərbaycan Kinmatoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi göstəribb.
YARADICI HEYƏT:
İl: 2024
İstehsalçı: Chinar Film
Müddət: 25 dəqiqə
Janr: dram
Rejissor: Hacı Səfərov
Ssenari müəllifi: Hacı Səfərov
Operator: Elvin Məmməd
Rəssam: Bahar Dəmir
Bəstəkar: Nigar Süleyman
Montajmı: Mirzəli Əlizadə
İkinci rejissor: Vəfa Fətullayeva
Xətt prodüseri: Ülviyyə Məmmədova
Prodüserlər: Emil Nəcəfov, Hacı Səfərov, Türkan Hüseyn