Əsas MEYDANDA HİKMƏT RƏHİMOV “BORC” FİLMİNDƏ ÇƏKİLİR

HİKMƏT RƏHİMOV “BORC” FİLMİNDƏ ÇƏKİLİR

by editor

Kinoinfo.az bir neçə gün əvvəl “Borc” tammetrajlı bədii filminin çəkilişlərinin başladığı haqqında məlumat vermişdi. Aktyor Hikmət Rəhimov sosial şəbəkə profilində çəkiliş meydançasından fotolar paylaşıb. Məlum olduğuna görə, filmdə əsas rolda Cohər Abdullayev, digər rollarda Hikmət Rəhimov və Esmiralda Abdullayeva çəkilir.

Bakı Media Mərkəzinin istehsalı olan “Borc” filminin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İman, operatoru Mateuş Çuxnovskidir. Fariz Əhmədov və Asif Rüstəmov filmin prodüser qrupunda yer alır.

Film İkinci Qarabağ Müharibəsində könüllü olaraq cəbhəyə yollanan DJ-dən bəhs edir.

Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi ilə istehsal olunan “Borc” filminin ümumi büdcəsi 1.200.000 manatdır.

Filmin 2025-ci ilin fevral ayından sonra təqdim olunması nəzərdə tutulur.

Əlaqədar Yazılar