Əsas FESTİVALLARDOKUBAKU FESTİVALI MÜNSİFLƏR HEYƏTİNİN TƏRKİBİNİ ELAN EDİB

DOKUBAKU FESTİVALI MÜNSİFLƏR HEYƏTİNİN TƏRKİBİNİ ELAN EDİB

by editor

13–19 oktyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq 9-cu DokuBaku Beynəlxalq Sənədli Film Festivalının hörmətli münsiflər heyətinin tərkibi açıqlanıb.

Bu il festival, tamaşaçıları cəsarətli və düşündürücü “5DHYPERDIVINEMAT3X” mövzusu ilə qarşılayacaq və sənədli kinematoqrafiyanın sərhədlərini yenidən müəyyənləşdirəcək.

Hər il DokuBaku sənədli kino sənətinə öz töhfəsini verən, yeni baxış bucaqları gətirən və qlobal kino mühitində söz sahibi olan yaradıcı şəxsləri münsif kürsüsündə bir araya gətirir. 2025-ci ildə isə festivalımız dünyanın müxtəlif ölkələrindən gələn görkəmli rejissorlar, prodüserlər, kuratorlar, festival rəhbərləri və tənqidçiləri bir araya gətirərək çoxsəsli və zəngin bir münsiflər heyəti təqdim edir. Onlar yalnız peşəkar bacarıqları ilə deyil, həm də sənədli kinonun gücü ilə həqiqəti araşdırmaq və paylaşmaq ehtirasları ilə seçilirlər.

Münsiflərin missiyası sadəcə qalibləri seçmək deyil. Onlar müxtəlif mədəniyyətlər, nəsillər və baxış bucaqlarını birləşdirərək dialoqlar yaradacaq, zamanımızı ifadə edən hekayələrin yeni təfsirlərinə işıq tutacaqlar. Onların qərarları sənədli filmlərin bədii-vizual mükəmməlliyini, cəsarətli hekayəçiliyini və kəşf ruhunu önə çıxaracaq.

Xatırladaq ki, builki DokuBaku festivalında münsiflər heyəti 6 müxtəlif kateqoriya üzrə 57 seçilmiş film arasından ən yaxşıları müəyyən edəcək.

2025-ci il DokuBaku münsifləri:

DOKUTAM – Ən Yaxşı Beynəlxalq Tammetrajlı Sənədli Film

Tue Steen Müller, Polina Herman, Cüzeppe Qariazzo

DOKUBOX – Ən Yaxşı Debüt Sənədli Film

Oktay Namazov, Dinorat Ramirez Qonzalez, Kamran Qasımov (AKİ-nin İdarə Heyətinin üzvü)

DOKUECHO – Təbiət Haqqında Ən Yaxşı Sənədli Film

Richard James Allen, Emin Əfəndiyev (AKİ üzvü), Ruslan Mollayev

DOKUKIDS – Uşaqlar üçün Ən Yaxşı Sənədli Film

Ruben Qomes, Aysel Əmirova, Nikolay Flotski

DOKUMUSE – Musiqi və Ritim Haqqında Ən Yaxşı Sənədli Film

Katerina Tarbo-Ignatenko, Cavad Tağızadə, Basilio Maritano Sailer

DOKUSHORTS – Ən Yaxşı Beynəlxalq Qısa Sənədli Film

Əli-Səttar Quliyev (AKİ üzvü), Leyli Salayeva, Kaz Mizushina

Bu nüfuzlu kino mütəxəssisləri müxtəlif mədəniyyətlərdən gələrək öz fərqli baxış bucaqları, peşəkar yanaşmaları və sənətə olan sevgiləri ilə builki festivalı daha da zənginləşdirəcəklər. Onların seçimləri nəticəsində müəyyən olunacaq qaliblər yalnız DokuBaku-nun deyil, ümumilikdə sənədli kino dünyasının yeni uğurlarına işıq tutacaq.

Hər bir münsifin yaratdığı unikal dəyər, dünya kinosuna verdiyi töhfələr və sənədli kino sevgisi haqqında daha ətraflı məlumat üçün bizi izləyin və dokubaku.az saytına nəzər salmağı unutmayın!

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı festivalın əsas partnyoru olaraq, hər il olduğu kimi, bu il də DOKUBAKU beynəlxalq festivalına dəstək verir. AKİ katibliyi yerli festivallara dəstəyi, kinomuzun inkişafı üçün vacib amil hesab edir.

Əlaqədar Yazılar