Əsas ÜMUMİ PLANDAFESTİVALLAR AZƏRBAYCANLI REJİSSORUN XARİCİ FİLMİ: “KİNOMEXANİKİN QAYIDIŞI” BEYNƏLXALQ FESTİVALDA

AZƏRBAYCANLI REJİSSORUN XARİCİ FİLMİ: “KİNOMEXANİKİN QAYIDIŞI” BEYNƏLXALQ FESTİVALDA

by editor

12-21 aprel tarixlərində İsveçrədə nüfuzlu Visions du Reel Beynəlxalq  Film Festivalı keçiriləcək. rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi Festivalın “Beynəlxalq tammetrajlı filmlər” müsabiqə bölməsində yarışacaq.

Filmin qəhrəmanı Samid oğlunu iş qəzasında itirəndən bəri tənhalıqla və melanxolik hissləri ilə mübarizə aparır. O, kənddə kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Samid gənc Ayazı da özünə qoşulmağa təşviq etməkdə çətinlik çəkmir. Ola bilər ki, Samidlə Ayaz arasında 50 yaş fərqi olsun, amma onların kinoya həvəsi var. Hər ikisi ucqar kənddə kinonu canlandırmaq ideyası ilə yaşayırlar. Onlar birlikdə kənd əhalisini kino ekranı üçün yer tikməyə inandırmalı, köhnə proyektorları təmir etməli, rəhbərlikdən icazə almalı və layihə ilə bağlı şayiələrə məhəl qoymamalıdırlar. Samid kinomexanik kimi sənətini, səbrini və biliyini aşılayır, yeni başlayan kinorejissor Ayaz isə müasir dünya ilə inteqrasiya yaradır. Onlardan biri həyatı, digəri isə kədəri ilə irəliləyir. Kino öz sehrini göstərəcəkmi?

2024-cü ilin istehsalı olan film azərbaycan və talış dillərində çəkilib. Filmin xronometrajı 87 dəqiqədir. Filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru  Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir. Film Almanya (Lichtblick Film) və Fransanın  (Kidam) ortaq istehsalıdır.



Əlaqədar Yazılar