Türkiyə istehsalı olan serialların auditoriya arealı hazırda 1 milyard nəfərə çatır. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin başçısı Fahrettin Altun TRT1 televiziya kanalının “Mehmed: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib. Onun sözlərinə görə, son üç il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb. Fahrettin Altun yerli kino sənayesinin gələcək inkişafının mühümlüyünü vurğulayaraq deyib: “Filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkəmizin nüfuzunu möhkəmləndirir… Onu da qeyd etmək lazımdır ki, bu istehsallar bizim mədəni istismar sisteminə, qlobal imperializmə, mədəni korrupsiya cəhdlərinə qarşı durmaq cəhdimizdir. Bu baxımdan mən bu təşəbbüslərə çox böyük əhəmiyyət verirəm”.
MƏNBƏ: https://www.trthaber.com/haber/kultur-sanat/fahrettin-altun-dunya-genelinde-bir-milyara-yakin-insan-turk-dizilerini-izliyor-840592.html