Əsas EKRANDA ƏLİXAN RƏCƏBOVUN “SƏRİYYƏ” FİLMİ TEZLİKLƏ KİNOTEATRLARDA

ƏLİXAN RƏCƏBOVUN “SƏRİYYƏ” FİLMİ TEZLİKLƏ KİNOTEATRLARDA

by editor

Aktyor, rejissor və ssenarist Əlixan Rəcəbovun “Səriyyə” adlı yeni filminin nümayişinə 29 noyabr 2024-cü il tarixdən etibarən başlanılacaq.

Satirik komediya janrında çəkilən film “Wow media”nın istehsalıdır. Filmin prodüseri Nicat Yüsifzadə, operatoru İman İmanov, rəssamı Elvin Əliyevdir.

Ssenarisi Əlixan Rəcəbova məxsus filmdə 14 yaşlı qızın ailəsi ilə təhsil uğrunda mübarizəsindən bəhs edilir. Filmin müəyyən gerçəkliklərdən  qaynaqlanan maraqlı və təzadlı mövzusu əsasən 8-ci sinifdə əlaçı oxuyan Səriyyə adlı qızın toyu ilə coğrafiya olimpiadasının eyni günə təsadüf etməsi üzərində qurulub.

Onu da qeyd edək ki, tamaşaçı auditoriyasının yaş həddi 16+ olan filmin büdcəsi 157 min manat təşkil edir. Rolları Nazı Heydərova, Əlixan Rəcəbov, Günay Əhməd, Niyaz İlyasoğlu, İbrahim Laçın, Şamil Süleymanlı, Cəmil Əhmədovdan ibarət aktyor heyəti canlandırıb.

“Səriyyə” Nizami Kino Mərkəzi, Cinemastercard və Park Cinema kinoteatrlarında nümayiş etdiriləcək.

Əlaqədar Yazılar