Əsas EKRANDA GƏLƏN AYIN İLK FİLMİ: “ÜLKƏR”

GƏLƏN AYIN İLK FİLMİ: “ÜLKƏR”

by editor

FeVral ayının 1-dən etibarən kinoteatrlarda “Ülkər” tammetrajlı bədii filmin nümayişinə başlanılacaq. “FS film company”nin istehsalı olan film dram janrındadır. Filmin rejissoru Xəyalə Meydanova, ssenari müəllifi Yeganə Kərimzadə, operatoru FİKO, rəssamı Arzu Nağıyeva, bəstəkarı Sevinc Tofiqqızı, layihə rəhbəri və baş prodüseri Faiq Nağıyevdir,

Qeyd edək ssenari müəllifi Yeganə Kərimzadə yazıçı Fərman Kərimzadənin qızıdır, Yeganə xanım ssenarini real hadisələr əsasında qələmə alıb.

Film cəmiyyətdə bu gün də rast gəlinən ailə-məişət problemlərindən bəhs edir. On yeddi yaşlı Ülkəri atası pul qarşılığında ərə verir. Ülkər ər evində gözlənilməz hadisələrlə qarşılaşır.

Filmdə əsas rolları Röya Paşayeva, Rövşən Kərimduxt, Mətləb Abdullayev, Elmira Kərimova, İlham Əsədov ifa edirlər.

Filmin çəkilişləri Bakıda və Xızı rayonunda aparılıb.

Yanvarın 31-də filmin qala gecəsinin keçirilməsi nəzərdə tutulub, Fevralın 1-də isə “Ülkər”ə ölkənin bütün kinoteatrlarında baxmaq mümkün olacaq.

Əlaqədar Yazılar