Əsas ARKA-DA KİNO AGENTLİYİNİN MÜSABİQƏSİ İLƏ BAĞLI APELLYASİYA KOMİSSİYASININ İLK İCLASI KEÇİRİLİB

KİNO AGENTLİYİNİN MÜSABİQƏSİ İLƏ BAĞLI APELLYASİYA KOMİSSİYASININ İLK İCLASI KEÇİRİLİB

by editor

Kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən ilin 18 iyul – 29 noyabr tarixlərində film layihələri müsabiqəsi keçirildi. Kinematoqrafiya sahəsində fəaliyyət göstərən qurumlar dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrini müsabiqəyə təqdim etdilər. Müsabiqə nəticələri əsasında layihələrin bəziləri “ssenarinin inkişaf proqramı”na yönləndirildi. Bununla bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin nəzdində Ssenari laboratoriyası yaradıldı və  türkiyəli rejissor Semih Kaplanoğlunun rəhbərliyi ilə dekabrın 11-dən 25-dək bu layihələrin “ssenarinin inkişaf proqramı” çərçivəsində müzakirələri həyata keçirildi.

Eyni zamanda müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradıldı.

Yanvarın 8-də Apellyasiya komissiyasının ilk iclası keçirildi. Komissiya üzvləri Apellyasiya komissiyasına təqdim olunan layihələrlə bağlı fikir və təkliflərini səsləndirdilər. Bəzi layihələrin təkmilləşdirilməsi, rejissor işi ilə bağlı təkliflərin verilməsi, əlavə və dəyişiklərin labüdlüyü diqqətə çatdırıldı.

Komissiyanın növbəti iclasının yanvar ayının ikinci ongünlüyündə keçirilməsi ilə bağlı qərar qəbul olundu.

Əlaqədar Yazılar