Əsas MEYDANDA PAYTAXTDAN KƏNARDA BÖLGƏ AKTYORLARI İLƏ ÇƏKİLƏN FİLM:  “EMBRİON YUXUSU”

PAYTAXTDAN KƏNARDA BÖLGƏ AKTYORLARI İLƏ ÇƏKİLƏN FİLM:  “EMBRİON YUXUSU”

by editor

Azərbaycanın şimalında, Xaçmaz rayonunda çəkilən bu filmin ideya müəllifi, rejissoru və prodüseri Asif Abramov, ssenari müəllifi Kəmalə Qasımova, bəstəkarı Mahir Ordubadidir.

Komediya filminin məzmununa görə, Xaçmazlı fermer qarın nahiyəsində yaranan problemə görə həkimə müraciət edir. Onun yaxın dostu fermerin bu vəziyyətindən istifadə edib, pulunu mənimsəmək istəyir. Həkimləri də bu əməlinə ortaq etmək üçün onlara rüşvət təklif edərək razılaşır. Beləliklə, fermeri inandırırlar ki, o, hamilədir və qarnındakı onun ekizidir. Bir neçə həkimlə məsləhətləşən fermer əməliyyata razı olur. Qarnındaki ekizinin harada olduğunu öyrənmək istəyəndə isə həkimlər onu qeysəriyyə üsulu ilə çıxardıqlarını və muzeyə göndərdiklərini deyirlər.

Film eksperimental olaraq ilk dəfə bütünlüklə Xaçmazda çəkilib. Filmdə elə Xaçmazlı aktyorlar – Ruslan Abasov, Tahir Yəhyayev, Vüqar Mirzəyev, Rübabə Muradxanova, Nicat Xəlilov, Müşviq Nemətov, Elçin İbrahimov çəkiliblər. Bakıdan isə tanınmış aktrisalar – Gülər Nəbiyevə, Xalidə Əliməmmədova, Vəfa Babayeva filmə dəvət olunublar.

Qeyd edim ki, film rejissor və prodüser Asif Abramovun şəxsi vəsaiti hesabına çəkilib.

Filmin elə şimal bölgəsində – Quba, Qusar, Xaçmaz rayonlarında geniş auditoriyaya təqdim olunması nəzərdə tutulur.

Əlaqədar Yazılar