Əsas MEYDANDA “QARA PİŞİK, AĞ ŞANI” ADLI DOKUDRAMA ÇƏKİLİR

“QARA PİŞİK, AĞ ŞANI” ADLI DOKUDRAMA ÇƏKİLİR

by editor

Gənc rejissor Ələmdar Faiq “Qara pişik, ağ şanı” adlı ilk tammetrajlı sənədli filminin çəkilişlərini davam etdirir. Film ordudan ayrıldıqdan sonra həyata yenidən başlamaq istəyən Ələmdar və bağ evində tək yaşıyan nənəsi Füruzə haqqındadır. Füruzə üzüm bağına qulluq etmək və qara pişiyini saxlamaqla günlərini keçirir. Dünya ilə yeganə bağlantısı övladları ilə telefon əlaqəsi və TV-dən aldığı məlumatlardır. Ələmdarın onun yanına getməyi həm də ən gözəl xatirələrinin nənəsi ilə bağlı olmasıdır. Eyni zamanda o illər ötdükcə uzun müddət əvvəl itirdiyi atasına bənzədiyinin, onun kimi sakit və həyata, ailəsinə qarşı soyuq olduğunun fərqinə varıb. İllər əvvəl mövcud olan adət-ənənə ilə evlənən valideynlərindən qalma travmalar, bu gün onun simasında yenidən gün üzünə çıxır. Beləliklə, nənə və nəvə birlikdə keçmiş ailə xatirələrinə baxır, öz travmaları ilə üzləşə bilirlər.

“Sinema Verite” üslubunda olan film doku-drama janrındadır və xronometraj 1 saat 20 dəqiqə olaraq nəzərdə tutulub.

Rejissor filmin çəkilişlərinə yaz aylarında davam etməyi planlaşdırır.

“Çinar film” istehsalı olan filmin produseri Türkan Hüseyndir. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmə dəstək verib.

Əlaqədar Yazılar