Əsas ÜMUMİ PLANDAFESTİVALLAR “STADİONLAR SƏSSİZ OLANDA” KAZAN FİLM FESTİVALINDA İŞTİRAK EDİR

“STADİONLAR SƏSSİZ OLANDA” KAZAN FİLM FESTİVALINDA İŞTİRAK EDİR

by editor

Rejissor Əli-Səttar Quliyevin “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr etdiyi “Stadionlar səssiz olanda” bədii filmi “Qızıl minbər” Kazan Beynəlxalq Film Festivalının iştirakçıları sırasında yer alıb.

Festivalda Rusiya, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Türkiyə, BƏƏ, Sinqapur, Tacikistan, Hindistan, Estoniya, Özbəkistan, Azərbaycan, Misir, İraq, Gürcüstan, Ermənistan, Latviya, Belarus, Fransa, Avstraliya, ABŞ, Kanada, Braziliya, Fələstin və Suriyadan  filmlər iştirak edir.

Adıçəkilən film Qurban Qurbanovun uşaqlıq illəri – Zaqatala rayonunun Aşağı Tala kəndindəki günlərinin, “Daşqın” futbol klubunda atdığı ilk addımların filmləşdirilməsi ilə start götürür. Sonra onun ötən əsrin 90-cı illərində Tovuzun “Turan” komandasındakı uğurlarını, eləcə də “Neftçi”dəki çempionluğunu, 2000-ci illərin əvvəlində isə Rusiya klublarında oynamasını əks etdirən film, həmçinin  ardıcıllıqla 2006-cı ildə futboldan gedişini, məşqçiliyə başlamasını və 2017-ci ildə “Qarabağ” futbol klubunun Çempionlar Liqasında yüksəlişinə qədərki dövrlərini əhatə edir.

Məlumat üçün onu da qeyd edək ki, 71 dəqiqəlik xronometrajlı “Stadionlar səssiz olanda”Azeridmanservis tərəfindən istehsal olunub.

Tammetrajlı, idman və bioqrafik janrlı, 12+ yaş həddində nəzərdə tutulmuş bədii filmin yaradıcı heyətinə gəldikdə isə, prodüser və rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə, Əli-Səttar Quliyev, Azər Quliyev, Nicat Muxtarov, operatoru Mosmanue, rəssamı Quram Navrozaşvili, bəstəkarı Roman Şulqadır. Əsas rolları aktyorlar Səmimi Fərhad, Məmməd Əlili, Nağı Əliyev, Amin Adıgözəlov ifa edirlər.

Qeyd edək ki, «Stadionlar səssiz olanda» filmi Festivalın «Rusiya – İslam dünyası» müsabiqədənkənar proqramı çərçivəsində nümayiş olunur. Festivalın digər müsabiqədənkənar proqramı «Etnik»də rejissor Ərturan Nəcəfi Gölün «Novruz» sənədli filmi də yer alır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, sənətşünas Nadir Bədəlov isə Festivalda NETPAC Münsiflər heyətinin üzvü olaraq iştirak edir.

Əlaqədar Yazılar