Əsas EKRANDA “RZA “OYUNUN SONU”” FİLMİ NÜMAYİŞDƏ

“RZA “OYUNUN SONU”” FİLMİ NÜMAYİŞDƏ

by editor

Kinoteatrlarda bu dəfə kriminal tiller, döyüş janrında yeni film nümayişə çıxır. “Rza “Oyunun sonu”” adlı filmin rejissoru və baş rolun ifaçısı Əli Əbdülsəmədzadə, prodüseri Elçin Aydındır.

Rza adlı bir şəxs tutularaq polis bölməsinə gətİrilir. İlk baxışdan bir neçə nəfəri qətlə yetirmiş bir cinayətkar kimi görünsə də, müstəntiq işi dərindən araşdırmağa qərar verir. Rzanın cinayətinin motivləri isə tamam başqadır. O, həyat yoldaşını Gəncə terrorunda itirib. Yeddi yaşlı qızının isə sağlığında müəyyən problemlər olduğu üçün vəfat edib. Rza dəfndə agah olur ki, qızının iç orqanları yoxdur. O, bu işin arxasında kimlərin olduğunu öyrənməyə çalışır.

Film 20 iyundan etibarən Park Cinema kinoteatrlarında nümayiş olunur

RZA “OYUNUN SONU”

Növ: tammetrajlı bədii film

İl: 2024

İstehsalçı: Əli Əbdülsəmədzadə

Müddət: 90 dəqiqə

Yaş həddi: 18+

Nümayiş tarixi: 20.06.2024-dən etibarən

Nümayiş olunan kinoteatr şəbəkəsi: Park Cinema

Janr: döyüş, dram, triller

Rejissor: Əli Əbdülsəmədzadə

Ssenari müəllifi: Əli Əbdülsəmədzadə

Operatorlar: Atabəy Hüseynzadə, Teymur Məmmədov

Rollarda: Əli Əbdülsəmədzadə, Vaqif Kərimov, Rövşən Əhmədov, Elçin Aydın, İlkin Həşim, Rais Orucov, Nicat Cəbrayılov, Ağaəli Kərimzadə, İlahə Kazımova, Zəhra Əliyeva, Çingiz Cabarov, Tural Həsənov, Azad Hüseynov, Səddam Mustafayev, Orxan Ələkbərov, Nuray Nağıyeva

Montaj rejissoru: Firdovsi Nəbiyev

İşıq rəssamı: Fəzli Əfəndiyev

Xüsusi effektlər: Elmar Vəlizadə

Döyüş üzrə xoreoqraflar: Çingiz Cabarov, Tural Həsənov

Prodüser: Elçin Aydın

Əlaqədar Yazılar