Əsas EKRANDA “BÖ ALAJEN” FİLMİ NÜMAYİŞ OLUNACAQ

“BÖ ALAJEN” FİLMİ NÜMAYİŞ OLUNACAQ

by editor

Təsəvvür edin: Alajen adlı mifik bir personaj var. Siz onun haqqında film çəkməyə gedirsiz. Bu zaman Alajen gerçək olur. “Bö Alajen” filminin mövzusu da elə belədir. Talış mifologiyasında geniş yayılmış Alajen haqqında film çəkmək istəyən bir qrup gənc onunla qarşılaşırlar. Bu gənclər Alajenlə dostlaşa bilirlərmi, yoxsa film çəkilişini yarımçıq qoyub Bakıya qayıdırlar?

75 dəqiqəlik qorxu-komediya janrında olan filmin rejissoru, ssenari müəllifi və prodüseri Zaur Tahirsoy, operatoru Məhəmməd Hüseynov, rəssamı Zəhra Tahirsoy, əsas rolların ifaçıları Elay Nadir, Tamilla Həsənova, Anar Əli, Vüsal Dastan, Tural Bünyadzadə, Nərmin Bağırlı, Tapdıq Qafarov, Rza Hüseyinli, Emil Mikayılzadə və Murad Xandır.

Filmin çəkilişləri 15 gün müddətində Lənkəran rayonunda aparılıb.

Film 25 yanvardan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Əlaqədar Yazılar