Əsas EKRANDA FƏXRƏDDİN MANAFOVUN BAŞ ROLDA ÇƏKİLDİYİ “BİRLİKDƏ” FİLMİ KİNOTEATRLARDA

FƏXRƏDDİN MANAFOVUN BAŞ ROLDA ÇƏKİLDİYİ “BİRLİKDƏ” FİLMİ KİNOTEATRLARDA

by editor

Bakıfilm kinostudiyası və Balans studiyasının istehsalı olan “Birlikdə və ya salam kədər” adlı tammetrajlı bədii film 2 maydan etibarən kinoteatrlarda nümayiş olunmağa başlanılıb.

Melodram janrında olan filmin rejissoru Vahid Mustafayev, baş rolun ifaçısı Fəxrəddin Manafovdur.

Film yaşlı prokuror Xalid Əliyarovun həyat yoldaşını itirdikdən sonra tənha qalmağı haqqındadır. Rəhbərlik onu bu tənhalıq krizisdən çıxarmaq üçün növbəti kriminal hadisənin açılmasında əməkdaş Gövhər xanıma dəstək olmasını xahiş edir. İşlə əlaqədar prokurorluq tərəfindən ona suni intellektə sahib olan Virtual Həmsöhbətlə (Vihəmlə) təchiz edilmiş avtomobil verilir və Əliyarov tənhalıqda tək olmadığını başa düşür. Böyük, müasir virtual aləmin nümayəndəsi olmasına baxmayaraq, Vihəm də tənhadır. Bu iki nəslin arasında ciddi uçurum var. Onlar ümumi dil tapa biləcəkmi…

BİRLİKDƏ

Növ: tammetrajlı bədii film

İl: 2023

İstehsalçı: Bakıfilm kinostudiyası, Balans studiyası

Müddət: 120 dəqiqə

Yaş həddi: 12+

Nümayiş tarixi: 02.05.2024

Nümayiş olunan kinoteatr şəbəkəsi: Cinemastercard, Park Cinema

Janr: melodram

Rejissor: Vahid Mustafayev

Ssenari müəllifləri: Ramiz Fətəliyev, Fəxrəddin Manafov, Vahid Mustafayev

Operator: Bayram Fəzli

Rollarda: Fəxrəddin Manafov, Rəşad Səfərov

Montajçı: Elşad Rəhimov

Səs rejissorları: Samir Ağayev, Murtuza Nəcəfli

Əsərindən istifadə olunub: Ramiz Fətəliyev

Prodüser: Vahid Mustafayev

Film Ramiz Fətəliyevin “Möcüzələr olmur” əsərinin motivləri əsasında çəkilib.

Film Vahidə Sadıqova-Manafovanın xatirəsinə ithaf olunub.

Əlaqədar Yazılar