Əsas ANALİTİKA GÜRCÜSTAN MİLLİ FİLM MƏRKƏZİ

GÜRCÜSTAN MİLLİ FİLM MƏRKƏZİ

by editor

Gürcüstan Milli Film Mərkəzi 5 dekabr 2000-ci ildə “Milli kinematoqrafiyanın dövlət dəstəyi haqqında” qanun əsasında yaradılıb. Mərkəz kino sahəsində dövlət siyasətini müəyyənləşdirir və Gürcüstan kinematoqrafiyasının inkişafı üçün dövlət dəstəyini və koordinasiyanı təmin edir.

Mərkəzin əsas fəaliyyət istiqaməti aşağıdakı kimidir:

Film istehsalı

Milli Kinematoqrafiya Mərkəzi 2001-ci ildən fəaliyyətini akti̇v şəkildə davam etdirir və əsasən milli filmlərin istehsalına maliyyə dəstəyi göstərir.

Gürcüstan kinosunun xaricdə təbliği

Gürcüstan kinosunu sərhədlərinin xaricində populyarlaşdırmaq məqsədilə Mərkəz illik olaraq beynəlxalq film festivalları və bazarlarında Gürcüstan kinosunu təqdim edir. Xaricdə keçirilən retrospektiv həftələr vasitəsilə Gürcü kinosunu geniş auditoriyaya təqdim edir, kino peşəkarlarına səfər qrantları verir və onlara beynəlxalq əlaqələr qurmaqda kömək edir.

Film mirası

Gürcü kino irsinin qorunması Mərkəzin digər fəaliyyət istiqamətidir. Bu səbəbdən Film Mərkəzinin təşəbbüsü ilə kino mirası dünyanın bir çox arxivlərindən axtarıb tapılır, qorunur, bərpa olunur və rəqəmsallaşdırılır. Bu layihə çərçivəsində Gürcüstan kinosunun itirilmiş hesab edilən bir sıra əhəmiyyətli filmlərinin tapılması və bərpa edilməsi mümkün olub.

Film təhsili

Film təhsilini dəstəkləmək məqsədilə mərkəz müxtəlif yaş qrupları üçün təhsil və koqnitiv layihələr həyata keçirir, kino nəşrləri çap etdirir.

Müstəqil film layihələrinin təbliği

Mərkəz daimi olaraq müsabiqələr elan edir ki, bunlar film istehsalından başqa həm də kinonun təbliğini əhatə edir. Bu tədbirlər çərçivəsində Gürcüstün Milli Film Mərkəzinin maliyyə dəstəyi ilə ölkədə hər il 11 beynəlxalq film festivalı təşkil olunur.

Gürcüstan Milli Film Mərkəzi 2010-cu ildən etibarən bir sıra beynəlxalq təşkilatlara qoşulub:

Eurimages (Foundation of the European Council for the Development and Support of Cinema) – Avroimaj – Avropa Şurasının Kinonun İnkişafı və Dəstəyi Fondu)

EFP (European Film Promotion) – Avropa Film Təşviqi

FNE (Film New Europe) – Yeni Avropa Filmi – Beynəlxalq film sənayesini əhatə edən media portalı

GÜRCÜSTAN MİLLİ FİLM MƏRKƏZİ RƏQƏMLƏRDƏ

Gürcüstan Milli Film Mərkəzi 2023-cü il ərzində 41 tammetrajlı, 11 sənədli, 16 qısametrajlı və animasiya filmlərinin istehsalına töhfə verib. Tammmetrajlı filmlərin büdcəsi 150 min – 1 milyon avro arasında dəyişib.

Gürcüstan Milli Film Mərkəzinin fəaliyyəti nəticəsində bir çox gürcü filmləri yüksək səviyyəli festival və mükafatlandırmalarda qalib olublar:

Oskar Mükafatı – “Əcnəbi dildə çəkilmiş Ən yaxşı film”

1996 – “Aşiq aşbaz” (Chef in Love) – Rejissor Nana Jorjadze (namizəd)

2014 –  “Qarğıdalı adası” (Corn Island) – Rejissor Giorgi Ovaşvili (qısa siyahı)

2015 – “Mandarinlər” (Mandariinid) – Rejissor Zaza Uruşadze (namizəd)

“Mandarinlər” filmi həmçinin, “Qızıl Qlobus”da “Əcnəbi dildə çəkilmiş Ən yaxşı film” kateqoriyasında namizəd göstərilib, 10-a yaxıb festivalda mükafat qazanıb.

Əhəmiyyətli Film Festivalları

2010 – Chantrapas – Rejissor Otar İosseliani – Qranada Film Festivalı: Qızıl Əlhambra, Mar del Plata Film Festivalı: Ən yaxşı film

2015 – Beginning (“Başlanğıc”) – Rejissor Dea Kulumbeqaşvili – Kann Film Festivalı: əsas yarış, Qızıl Balıqqulağı xüsusi mükafatı, San Sebastyan, Toronto film festivallarının qalibi, FIPRESCI Film Tənqidçiləri mükafatı

2019 – And Then We Danced (“Sonra biz rəqs etdik”) – (İsveç-Gürcüstan birgə istehsalı) – Rejissor Levan Akin – Kann Fim Festivalı: Qızıl Palmaya namizəd, Sarayevo, Çikaqo və Kork film festivallarının qalibi.

Linklər:

2023-cü ildə çəkilmiş filmlərin kataloqu: https://www.gnfc.ge/uploads/articles/20230206075847-gnfc-industry-catalog-2023-compressed.pdf

Eurimages: https://www.coe.int/en/web/eurimages/georgia

European Film Promotion: https://www.efp-online.com/en/members/220/Georgia/Georgian-National-Film-Center

FilmNewEurope: https://www.filmneweurope.com/news/georgia-news

Əlaqədar Yazılar