Növ: tammetrajlı bədii film
İl: 2021
İstehsalçı: Qatfarfilm
Müddət: 84 dəqiqə
Yaş həddi: 6+
Nümayiş tarixi: 11.01.2024
Nümayiş olunan kinoteatr şəbəkəsi: Park Cinema
Janr: melodram
Rejissor: Sədaqət Kərimova
Ssenari müəllifi: Sədaqət Kərimova
Operator: Elxan Rüstəmov
Bəstəkar: Sədaqət Kərimova
Rollarda: Zafina Mirzəbəyova, Leyla Saydumova, Məzahir Səlimov, Amil Mehdiyev, Eleonora Abdullayeva, Rəhilə Ömərova, Edgar Əmrahov, Anar Əhmədov, Nair Orucov
Prodüser: Sədaqət Kərimova
Qısa məzmun: Film orta məktəbin V sinif şagirdi Azqarın gündəliyinin itməsi kimi ilk baxışda sadə görünən bir hadisə ilə başlanır. Bir neçə il sonra – IX sinifdə yenidən gündəliyini itirən yeniyetmə qızın keçirdiyi həyəcanın fonunda orta məktəb həyatının təzadlı və dramatik anları təsvir olunur.
Film Sədaqət Kərimovanın “İtən gündəlik” romanının motivləri əsasında çəkilib.
Film ləzgi dilində çəkilərək sonradan dublyaj olunub.