31
Martın 11-də Heydər Əliyev Mərkəzində Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli filminin təqdimatı keçirilib. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər Planı çərçivəsində istehsal olunub. Ekran əsəri Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, eyni zamanda, qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edir.
Filmin senari müəllifi Yavər Rzayev, rejissoru Elxan Cəfərov, operatoru Ruslan Ağazadə, rəssamı Səbuhi Atababayevdir. Eyni zamanda, ilk dəfə olaraq filmdə bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun “Zabul-Segah” simfonik muğamından istifadə edilib.