Əsas MEYDANDA VƏTƏNDAŞ “A”

VƏTƏNDAŞ “A”

by editor

Növ: bədii serial

İl: 2024

İstehsalçı: SFN şirkəti

Yayım şəbəkəsi: İTV

Müddət: 12 seriya

Yaş həddi: 12+

Janr: dram

Rejissor: Elvin Rüstəmzadə,

Ssenari müəllifi: Asiman Ağa Rövşən

Operator: Vasif Vəlizadə

Rəssamlar: Vüqar Qurbanov, İlqar Qurbanov

Bəstəkar: Vüqar Məmmədzadə

Rollarda: Günəş Mehdizadə (Almaz), Qurban İsmayılov, Şamil Süleymanlı, Şövqi Hüseynov, Nəsibə Eldarova, Xalidə Əliməmmədova, Rauf Şahsuvarov, Oktay Mehdiyev, Niyaz Qasımov, Əlibəy Məmmədli, Eltəkin Xan, Nigar Mürsəlova, Elsevər Rəhimov, Zəhra Əlisoy

Produser: Sevinc Əliyeva

Qısa məzmun: Film vətəndaş kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini, təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici əhəmiyyətini vurğulayır. Serialın əsas qəhrəmanı Almazdır. O, şəhərdən ucqar kənd məktəbinə təyinat alır. Kəndə gələn Almaz dərs dediyi məktəbdəki qanunsuzluqlarla, özbaşınalıqlarla və qadın hüquqları uğrunda mübarizə aparır.

Serial Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilib.

Çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində və Şamaxıda aparılıb.

Əlaqədar Yazılar