Lənətli kitabın sirlərini öyrənmək istəyənlər üçün “Lanetli kitap” filmi geniş tamaşaçı kütləsinə təqdim olundu.
NN film tərəfindən istehsal edilən filmin büdcəsi 120 min dollardır. Xronometrajı 70 dəqiqə olan filmin rejissoru Natiq Novruzov bildirdi ki, bu onun qorxu janrında çəkdiyi ilk filmdir.
Film cinlərə aid kitabın ələ keçirilməsindən və cinlərin bu kitabı tapmaq üçün Azərbaycana yaşamağa gələn Halilin ailəsini narahat etməsindən bəhs edir.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Natiq Novruzov, rejissoru Xəyal Xan, baş prodüseri Fuad Bəkiroğlu, prodüseri Zamiq Əlövsətoğlu, icraçı prodüseri Yalçın Çoban, ssenari müəllifi Yeganə Kərimzadə, bəstəkarı Rabil Səfərli, operatoru Akan Açıksöz, quruluşçu rəssamı Aygün Mahmudovadır. Filmdə baş rollarda Halil İbrahim Kalaçıoğlu, Şeyda Aydın, Elçin Məmmədli, Vüqar Əliyev, Hasan Bakay, Ayan Bəkirova, Nuran Bəkirova, Zəhra Rəhbərqızı çəkiliblər.
Rejissor bildirdi ki, filmin çəkilişləri yeddi-səkkiz gün ərzində baş tutub. O, həmçinin qeyd etdi ki, film Türkiyə bazarı üçün çəkildiyinə görə onun gözləntisi əsasən Türkiyə kassalarındandır.
Natiq Novruzov bir sonraki filmin də daha öncəkiləri kimi vətənpərvərlik mövzusunda olacağını bildirdi.
Film 17 apreldən etibarən kinoteatrlarda göstərilir.